Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

12 Oktyabr 2012 - №40

 

Ötən ay Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə 1441 müraciət daxil olub

 

 Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə (telefon: 146; faks: 496-37-61; elektron poçt ünvanı: qaynar-xett@edu.gov.az) 2012-ci ilin sentyabr ayında 1441 müraciət daxil olub. Müraciətlərdən 1308-i telefonla, 133-ü isə elektron poçtla qəbul edilib.

Müraciətlərin əksəriyyəti yeni dərs ilinin başlanması ilə əlaqədar sorğu xarakterlidir. Sorğuların əksər hissəsi ümumi təhsil məktəbləri, orta ixtisas və ali təhsil müəssisələri ilə bağlıdır. Sorğular müəllimlərin dərs bölgüsü, şagirdlərin dərsliklərlə təminatı, məktəbli forması, ümumi təhsil məktəblərinə şagird qəbulu, şagirdlərin bir məktəbdən digərinə köçürülməsi, ümumi təhsil məktəb müəllimlərinin əməkhaqqının, məzuniyyət pulunun hesablanması və digər məsələlərlə əlaqədardır. Digər sorğular tələbələrin ali və orta ixtisas məktəblərinə köçürülməsi, bərpası, təhsil haqqının ödənilməsi, bakalavr və magistr pillələrində ixtisaslaşma, təhsil sənədlərinin tanınması barədədir.

Ötən ay daxil olmuş 69 şikayət məzmunlu müraciətin təhlili göstərir ki, onların əksəriyyəti yenə də ümumi təhsil məktəbləri ilə əlaqədardır. Belə ki, ümumi təhsil məktəbləri üzrə Bakı şəhərindən 29, digər şəhərlərdən 7 (Sumqayıtdan 3, Gəncədən 2, Mingəçevir və Şirvan şəhərlərinin hər birindən 1), Astara və Ağstafa rayonlarının hər birindən 3, Gədəbəy, Sabirabad, Samux, Qəbələ rayonlarının hər birindən 2, Abşeron, Lənkəran, Masallı, Şəki, Şəmkir, Cəlilabad, Biləsuvar, Hacıqabul, Kürdəmir, Balakən, Goranboy, Neftçala, Beyləqan, Laçın, Oğuz rayonlarının hər birindən 1 şikayət məzmunlu müraciət daxil olub.

Ümumi təhsil məktəbləri ilə bağlı şikayətlərin əsas hissəsini məktəb direktorlarının idarəetmədə yol verdiyi nöqsanlar, dərs bölgüsündən narazılıq, bir sıra məktəblərdə tədrisin keyfiyyətsiz təşkili, müəllimlərin əməkhaqqından qanunsuz tutulmalar ilə əlaqədardır. Qeyd etmək lazımdır ki, bu müraciətlərin araşdırılması zamanı yenə də xeyli sayda müraciətin anonim olduğu aşkarlanıb, böyük bir qisim müraciətdə qeyd olunan faktlar öz təsdiqini tapmayıb.

Ali təhsil müəssisələri ilə bağlı daxil olan 5 şikayət xarakterli müraciətin 3-ü dövlət, 2-si isə özəl tədris ocaqlarının fəaliyyəti barədədir. Bu müraciətlər dövlət və özəl ali təhsil müəssisələrində dövlət sifarişi üzrə təhsil alan tələbələrin təqaüdlərinin və təhsil sənədlərinin gecikdirilməsi, yay semestri təşkil olunmuş ali təhsil müəssisələrində imtahan nəticələri ilə əlaqədar apelyasiya şikayətlərinə baxılması qaydalarının pozulması ilə əlaqədar olub.

Daxil olan bütün müraciətlər qeydə alınıb, araşdırılıb, "Qaynar xətt" xidmətinin əməkdaşları və nazirliyin müvafiq struktur bölmələri tərəfindən cavablandırılıb.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov