BDU-nun
rektoru, akademik Abel Məhərrəmov Kaliforniyanın
Stenford Universitetinin professoru, fizika üzrə Nobel
mükafatı laureatı Laflin Robert Betts və kimya üzrə
Nobel mükafatı laureatı Markus Rudolf Artur ilə
görüşüb. Universitet haqqında məşhur alimlərə məlumat
verən akademik Abel Məhərrəmov BDU-nun yaranma və
inkişaf tarixindən, əməkdaşlıq etdiyi aparıcı
universitetlərdən, bu təhsil ocağının beynəlxalq,
tanınmış assosiasiyalar və qurumlarla əlaqələrindən,
beynəlxalq qrant layihələrində iştirakından danışıb.
Nanotexnologiya və innovasiyalardan da söz açan rektor,
azərbaycanlı alimlərin ABŞ-dan olan həmkarlarının bu
sahədəki təcrübələrindən yararlandıqlarını da diqqətə
çatdırıb.
Sonra Nobel mükafatı laureatları Laflin Robert Betts və
Markus Rudolf Artur fizika və kimya fakültələrinin
müəllim və tələbələrinə mühazirə oxuyub, verilən
sualları cavablandırıblar. BDU-nun Nanoaraşdırmalar
laboratoriyasında olan məşhur alimlər orada aparılan
elmi tədqiqat işləri ilə yaxından tanış olub, bu işlərə
yüksək qiymət veriblər. Alimlər tədqiqat işlərinin elm
tutumlu istehsal sahələri ilə əlaqələndirilməsi
istiqamətində öz məsləhətlərini də veriblər.
BDU-nun Mətbuat və informasiya şöbəsi |