Oktyabrın
5-də Sumqayıt Dövlət Universitetində bu ali təhsil
ocağının rəhbərliyi ilə Türkiyənin Ağrı İbrahim Çeçen
Universitetinin rəhbərliyi arasında görüş keçirildi.
Görüşdə iki qardaş ölkə arasındakı isti münasibətlərin
təhsil sektorunda da davam etdirildiyi diqqətə
çatdırıldı.
Sumqayıt Dövlət Universiteti ilə Ağrı İbrahim Çeçen
Universiteti arasında mümkün əməkdaşlıq
perspektivlərinin nəzərdən keçirildiyi görüşdə tərəflər
arasında əməkdaşlıq protokolu imzalandı. Sumqayıt Dövlət
Universitetinin rektoru, professor Nadir Qəhrəmanov və
Ağrı İbrahim Çeçen Universitetinin rektoru, professor
İrfan Aslan tərəfindən imzalanan protokol iki təhsil
ocağı arasında tələbə mübadiləsini, eləcə də elmi
araşdırmalar yönündə əməkdaşlığı nəzərdə tutur.
SDU-nun Mətbuat xidməti |