Azərbaycan
Diplomatik Akademiyası (ADA) Koreya Respublikasının
Hankuk Xarici Dillər Universiteti ilə anlaşma
memorandumu imzalamışdır.
ADA-dan AzərTAc-a bildirmişlər ki, memoranduma əsasən,
hər iki ali təhsil ocağı əməkdaşlığı və tərəfdaşlığı
genişləndirmək və möhkəmləndirmək, gələcəkdə birgə təlim
və tədris proqramlarını həyata keçirmək üçün qarşılıqlı
fəaliyyət quracaqdır. Bu fəaliyyətlə bağlı konkret
təkliflər də daxil edilən rəsmi sənədi ADA-nın rektoru,
xarici işlər nazirinin müavini Hafiz Paşayev və Hankuk
Xarici Dillər Universitetinin prezidenti Park Çul
imzalamışlar.
Park Çul Azərbaycan Diplomatik Akademiyasının nümayəndə
heyətini gələn ilin əvvəlində ölkəsinə səfərə dəvət
etmişdir.
Koreya Respublikasının nümayəndə heyəti, həmçinin
Azərbaycan Diplomatik Akademiyasının bu yaxınlarda
istifadəyə verilən yeni tədris kompleksi ilə tanış
olmuşdur. |