Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

12 Oktyabr 2012 - №40

 

Beynəlxalq Müəllimlər Günü təntənəli şəkildə qeyd olundu

 

Oktyabrın 4-də Heydər Əliyev adına Sarayda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə  5 oktyabr Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş  tədbir keçirildi. Tədbirdə təhsil naziri Misir Mərdanov, BŞTİ-nin müdiri Nailə Rzaquliyeva, Milli Məclisin deputatları, Təhsil Nazirliyinin nümayəndələri, təhsil müəssisələrinin direktorları, müəllimlər və başqaları iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan BŞTİ-nin müdiri, əməkdar müəllim Nailə Rzaquliyeva peşə bayramı münasibətilə təhsil işçilərini təbrik etdi. N.Rzaquliyeva bildirdi ki, müəllim adı tarixən həmişə fədakarlıq, əzm, vətənə və millətə sevgi, insanpərvərlik anlayışları ilə birgə xatırlanıb. Müəllim olmaq ona görə şərəflidir ki, müstəqil Azərbaycanımızın gələcəyinin daha möhkəm təməllər üzərində qurulması yolunda onların əməyi ölçüyəgəlməzdir. Hörmətli Prezidentimiz İlham Əliyev cənablarının təhsilə diqqət və qayğısı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təhsilimizin himayədarı kimi yorulmaz fəaliyyəti biz təhsil işçilərini Azərbaycan xalqına və dövlətinə şərəflə xidmət etmək üçün daha da ruhlandırır.

Sonra Nailə Rzaquliyeva Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın müəllimlərə ünvanlanan təbrik məktubunu tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov ulu öndər Heydər Əliyevin adını daşıyan möhtəşəm sarayda təhsil işçilərinin peşə bayramını onlarla birlikdə qeyd etməkdən məmnunluq hissi duyduğunu bildirdi və bayram münasibətilə hər kəsi təbrik etdi. Misir Mərdanov qeyd etdi ki, hər il olduğu kimi, bu il də müəllimlərin peşə bayramı ərəfəsində Prezident  İlham Əliyevin müvafiq sərəncamları ilə bir qrup təhsil işçisinə "Əməkdar müəllim" fəxri adı verilib, bir qrup təhsil işçisi isə "Tərəqqi" medalı ilə təltif edilib. Müəllim əməyinə verilən yüksək qiymətə görə  ölkə Prezidenti cənab İlham Əliyevə təşəkkürünü bildirən nazir dövlət başçısının təhsilin inkişafını daim diqqət mərkəzində saxladığını vurğuladı. Hər il təhsilə ayrılan dövlət vəsaitinin artırıldığını bildirən Misir Mərdanov Azərbaycan müəlliminin əzmi, səyi nəticəsində təhsilimizin daha da inkişaf edəcəyinə inandığını söylədi. Təhsil naziri Misir Mərdanov ölkəmizdə təhsil sahəsində əldə edilən uğurlardan danışaraq Dövlət Proqramı çərçivəsində hər il yüzlərlə tələbənin dünyanın nüfuzlu universitetlərinə təhsil almaq üçün göndərilməsinin böyük əhəmiyyət daşıdığını və həmin gənclərin gələcəkdə ölkəmizdə müxtəlif sahələrin inkişafına öz töhfələrini verəcəklərinə əminliyini ifadə etdi.

Sonra tədbir bədii hissə ilə davam etdi. Bakı məktəblərinin, məktəbdənkənar təhsil müəssisələrinin istedadlı şagirdlərinin rəngarəng çıxışları maraqla qarşılandı. 

Niyazi RƏHİMOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov