Azərbaycan
Müəllimlər İnstitutunun komandası Peyntbol üzrə ali
təhsil müəssisələrinin tələbələri arasında keçirilmiş II
Respublika yarışında 2-ci yeri tutub. AMİ-nin komandası
beş nəfərdən - İkram Quliyev, Müşfiq Bayramov, Ramil
Balayev, Həsən Nərimanov və Səfa Səfərovdan ibarət
olmuşdur. Bildirək ki, yarış sentyabrın 26-27-də Bakı
şəhəri Biləcəri qəsəbəsində yerləşən Respublika Stend
Atıcılığı İdman Kompleksində keçirilmişdir. Yarışa 12
ali təhsil müəssisəsinin tələbələrindən ibarət
komandalar qatılmışdır.
Əsas məqsədi tələbələr arasında hərbi vətənpərvərlik
hisslərinin gücləndirilməsi, gənclərin asudə vaxtının
səmərəli təşkil, onlar arasında sağlam həyat tərzinin
təbliğ edilməsi, respublikamızda gənclər arasında
peyntbolun bir idman növü kimi inkişaf etdirilməsindən
ibarət olan turnir 2010-cu ildən Gənclər və İdman
Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları
İttifaqının birgə təşkilatçılığı ilə keçirilir.
Oktyabrın 1-də yarışın qalibləri, o cümlədən 2-ci yeri
tutan Azərbaycan Müəllimlər İnstitutunun komandası
Gənclər və İdman Nazirliyinin fəxri fərmanları və
hədiyyələrlə mükafatlandırılmışlar. |