Lerik Rayon Təhsil Şöbəsindən aldığımız məlumatda
bildirilir ki, regionların 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına
müvafiq olaraq 220 şagird yerlik Züvüç kənd tam orta
və 80 şagird yerlik Aran kənd ümumi orta məktəbləri
üçün inşa olunmuş yeni binalar istifadəyə verilmişdir.
Yeni təhsil müəssisələri müasir avadanlıq, inventar və
məktəb ləvazimatı ilə təchiz olunmuşdur.
Açılış mərasimlərində çıxış edənlər ölkəmizdə təhsilin
inkişafına göstərilən diqqət və qayğıya görə
dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
|