Sentyabrın
28-də Amerikanın "Beynəlxalq Tədqiqatlar və Mübadilə
Şurası"nın (IREX) Azərbaycan nümayəndəliyinin
təşəbbüsü və xarici mütəxəssislərin iştirakı ilə təlim
keçirilib. Jurnalistika fakültəsində yeni media
fənlərini (onlayn jurnalistika, multimedia jurnalistika,
sosial media və yeni mediaya giriş) tədris edən
müəllimlər üçün təşkil edilən təlim "Azərbaycan yeni
media" layihəsi çərçivəsində baş tutub. Böyük
Britaniyadan olan mütəxəssis David Brever və
"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları
Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun
prezidenti Osman Gündüz iştirakçılara yeni media
fənlərinin tədris metodları barədə məlumat veriblər.
Universitetlərin jurnalistika fakültələrinin müəllimləri
üçün nəzərdə tutulan təlimdə BDU-nun jurnalistika
fakültəsindən Osman Gündüz, Aynur Kərimova, Könül
Niftəliyeva, Aynur Nəsirova və Anzulə Əmirova, Qərb
Universitetindən Günel Bilalova, Azərbaycan
Universitetindən Lalə Dilanova, Xəzər Universitetindən
Cabir Məmmədli, Vəfalı Ənsərov, Naxçıvan Dövlət
Universitetindən Seyid Surə, Şəhla Şirəliyeva, Odlar
Yurdu Universitetindən İbadət Məmmədov iştirak ediblər.
Qeyd edək ki, IREX beynəlxalq humanitar təşkilat olaraq
1998-ci ildən Azərbaycanda nümayəndəliyini təsis edib.
Azərbaycanda təhsilin və medianın inkişafına dəstək
məqsədilə ABŞ Dövlət Departamentinin Təhsil və
Mədəniyyət Bürosunun, habelə USAİD-in maliyyələşdirdiyi
müxtəlif proqramlar həyata keçirir.
Y.ƏLİYEV |