Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü
ilə Bakıdakı 281 nömrəli tam orta məktəbdə Beynəlxalq
Dəniz Günü münasibətilə tədbir keçirilib. Beynəlxalq
Dəniz Günü və Xəzərin ekoloji problemləri barədə
aparılan söhbətlər məktəblilərin marağına səbəb olub.
Onlar hər iki mövzuda bilmədikləri, yaxud dərindən
mənimsəmədikləri çox şeyi öyrəniblər.
Sonda şagirdlərin sualları cavablandırılıb.
Nazirliyin hazırladığı təbliğat xarakterli
videoçarxlar təhsil ocağına hədiyyə olunub.
Sifai SƏFƏROVA |