Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

5 Oktyabr 2012 - №39

 

"Şagirdlərimi öz doğma balam kimi sevirəm"

 

"İnsanlar təbiətinə görə heç bir şeyi başqasına vermək istəmirlər. Onlar təkcə bir şeyi - öz biliklərini başqalarına verməyə hərisdirlər. Bilik elə bir şeydir ki, başqalarına bağışlanılmasa, onun sahibi dərdə düşər, ömrü qüssə və kədər içində keçər".

Görkəmli mütəfəkkirimiz Mirzə Fətəli Axundzadəyə məxsus olan bu dahiyanə deyimi təsadüfi  yazımın  epiloqu seçmədim. Çünki   haqqında danışacağım Vəzifə Nağıyevanın müəllimlik fəaliyyəti yuxarıdakı  fikirlə tamamilə  uyğunluq təşkil edir.

Vəzifə Nağıyeva ADPU-nun ibtidai təhsilin pedaqogikası və metodikası fakültəsini bitirdikdən sonra   Bakıdakı 276 nömrəli tam orta məktəbdə sinif müəllimi kimi əmək fəaliyyətinə başlayıb. O, 20 ildir ki, öz biliyini  Vətənimizin xoşbəxt gələcəyinin təminatçısı olan uşaqlara öyrədir.

Vəzifə müəllimin II "c" sinfində oxuyan şagirdlərinin çoxu dərs əlaçısıdır.Onlardan Aytac, Vaqif və Aydanın adlarını isə  xüsusi qeyd etmək olar. Bütün bunlar özünün dediyi kimi, uzun illərin zəhməti və tədris etdiyi fənni  sevməsidir.

O deyir ki, mən şagirdlərimə öz fənnimi tədris edərkən onlara yalnız müəllim kimi yox, həm də bir valideyn  kimi yaxınlaşıram. Ona görə  onlar oxuduqları məktəbi bitirdikdən sonra  da məktəbə gəlir və  mənimlə  əlaqə saxlamağı heç vaxt   unutmurlar.

V.Nağıyeva  müəllimlik fəaliyyətinə yaradıcılıqla  yanaşan təcrübəli pedaqoqdur desək, heç də yanılmarıq. O, bildirdi ki, indiki proqramlar əvvəlki proqramlardan xeyli fərqlənir. Dərslərimi Milli Kurikulumun tələbləri  səviyyəsində qurur, interaktiv təlim metodlarından bacarıqla  istifadə edirəm.

Bu gün Vəzifə Nağıyeva   yaxşı müəllim olmaqla   bərabər, həm də gözəl ailə başçısıdır. Övladlarının hamısı ali təhsil alıb. Qızı Fidan   elə anasının sənətini seçib. O da Bakı  İdarəetmə və Texnologiya Kollecində müəllim işləyir.

Bəli, şagirdlərinin sevimlisi olan Vəzifə müəllimi  xoşbəxt müəllimlərdən biri hesab edə bilərik. Çünki  onu dərs dediyi şagirdlər, işlədiyi kollektiv və  valideynlər çox sevirlər.

Söhbət zamanı Vəzifə müəllim onu da əlavə etdi ki,  hər il işlədiyim məktəbdən   ali məktəbə qəbul olanlar sırasında   dərs dediyim şagirdlərim olanda sevincimin həddi  olmur. Fikirləşirəm  ki, çəkdiyim zəhmət hədər getməyib, bu uğurların qazanılmasında  mənim də payım var .

Hər il olduğu kimi,  bu günlərdə də onu  müəllimlər günü münasibətilə təbrik edənlər arasında şagirdlərindən Azərbaycan Texniki Universitetində oxuyan Nigar Qədirzadə, BDU-dakı təhsilini Təhsil Nazirliyinin xətti ilə Kanadada davam etdirən Məhəmməd İsmayılzadə və başqaları da  var idi.

Biz də belə bir əlamətdar gün - 5 Oktyabr Beynəlxalq Müəllimlər  Günü münasibətilə  Vəzifə müəllimi təbrik edir və ona bundan sonrakı  pedaqoji fəaliyyətində daha böyük uğurlar arzulayırıq. 

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov