Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

5 Oktyabr 2012 - №39

 

Müəllim adının ucalığı

 

Üç həftəyə yaxındır ki, yeni dərs ili başlayıb. Ölkəmizin bütün təhsil ocaqları, pedaqoji kollektivləri kimi biz də yeni dərs ilinə son illər təhsilimizdə gedən islahatları daha da dərinləşdirmək, əldə olunmuş uğurları artırmaq əzmi ilə başlamışıq. Uğurlarımız isə az deyildir və peşə bayramımızı qeyd etdiyimiz bu günlərdə onların bəzilərini xatırlatmaq, zənn edirəm ki, bayram ovqatımızı yüksəltmək, yeni dərs ilinə hansı əhvali-ruhiyyə ilə başladığımızı nümayiş etdirmək baxımından faydalı olardı.

Məktəb-liseyimiz 2007-2008-ci dərs ilində keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsində iştirak edərək ilk 50 qalib məktəb sırasında olmuşdur.

Son illər 3 müəllimimiz möhtərəm Prezidentimizin sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına, 3 müəllim isə "Tərəqqi" medalına layiq görülmüş, 4 nəfər "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olmuşdur.

Bu il məzunların ali  məktəblərə qəbulu üzrə də tədris ocağımız yüksək nəticə göstərmişdir. Qəbul imtahanlarında 15 məzunumuz 500-dən, 3 məzunumuz isə 600-dən yüksək bal toplamış, 11 yetirməmiz xarici ölkələrin nüfuzlu universitetlərinə qəbul olunmuşdur. 6 məzunumuz Prezident təqaüdçüsüdür. Respublika fənn olimpiadasının yekun turunda 2 şagirdimiz mükafata layiq II və III yerləri tutmuşdur.

Bu günlərdə isə kollektivimizi daha bir uğurumuzun xəbəri sevindirmişdir. Beynəlxalq Müəllimlər Günü ərəfəsində ölkə başçısının sərəncamı ilə bir qrup müəllimlə bərabər mənə də "Əməkdar müəllim" fəxri adı verilmişdir.

Müəllim adı, ulu öndərimizin qeyd etdiyi kimi, yer üzündə ən şərəfli addır. "Əməkdar müəllim" fəxri adına layiq görülmək isə müəllim adının fövqünə ucalmaq deməkdir. Mən bu adı almağım münasibəti ilə təhsilimizin inkişafına həmişə yüksək diqqət və qayğı göstərən möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına bütün kollektivimiz adından dərin təşəkkür və minnətdarlığımı bildirirəm. "Əməkdar müəllim" adını almaq mənə böyük şərəf gətirdiyi kimi, məsuliyyətimi də artıracaq və təhsilin inkişafında daha böyük uğurlar qazanmağa sövq edəcəkdir. Möhtərəm Prezidentimizin Azərbaycan Respublikasının gündən-günə inkişaf edib sivilizasiyalı dövlətlərlə bir cərgədə olması üçün atdığı hər bir addımı dəstəkləyib, bu işdə üzərimə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışacağam. 

Yaqut SADIQOVA,
Bakıdakı 83 nömrəli məktəb-liseyin direktoru,
əməkdar müəllim

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov