Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

5 Oktyabr 2012 - №39

 

Bayram sevincimi artıran fəxri ad

 

5 Oktyabr Beynəlxalq Müəllimlər Günüdür. Bu tarixi dünyanın 100-dən çox ölkəsinin müəllimləri özlərinin peşə bayramı kimi qeyd edirlər. Beynəlxalq Müəllimlər günü artıq neçə illərdir ki, müstəqil ölkəmizdə də təntənə ilə bayram edilir və bu münasibətlə təhsil işçilərinin böyük bir qrupu təhsilin cəmiyyətdəki mühüm rolunu, müəllimin şərəfli əməyini yüksək qiymətləndirən möhtərəm Prezidentimiz tərəfindən fəxri adlarla, orden və medallarla təltif olunur.

Bu il də belə oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 1 oktyabr 2012-ci il tarixli sərəncamları ilə 120 nəfərdən çox təhsil işçisi Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə "Əməkdar müəllim" fəxri adına və "Tərəqqi" medalına layiq görüldü.

Sevinirəm ki, fəxri ad alanların siyahısında mənim də adım var. Yüksək mükafata layiq görülməyim peşə bayramımız ərəfəsində sevincimə sevinc qatıb. Təhsilimizə, təhsil işçilərinə göstərdiyi qayğıya görə ölkə başçısı İlham Əliyev cənablarına dərin minnətdarlığımı bildirirəm. Bu həm də rəhbərlik etdiyim pedaqoji kollektivin əməyinə verilən yüksək qiymətdir. Məktəbimiz isə bu qiymətə layiqdir.

Belə ki, Bakı şəhəri Səbail rayonu 236 nömrəli tam orta məktəb son illər yüksək nailiyyətlər əldə edib. 2010-cu ildə "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibləri sırasında olmuşuq. 2 nəfər müəllimimiz "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülmüş, 1 nəfər müəllimimiz "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olmuşdur. Artıq 3 ildir ki, hər il məzunlarımızdan 1 nəfər Prezident təqaüdünə layiq görülür. 2011-2012-ci dərs ilində 1 nəfər məzunumuz qızıl medal almış və 692 balla BDU-nun hüquq fakültəsinə daxil olmuşdur.

Bütün sahələr kimi təhsil sahə

si də möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının diqqət mərkəzindədir. Məhz bu qayğı sayəsində respublikamızda son illərdə tikilən və təmir olunan məktəblərin sayı ildən-ilə artır.

Məktəbimiz də 2010-cu ildə Heydər Əliyev Fondu tərəfindən əsaslı surətdə yenidən qurulmuş və avadanlıqlarla təmin olunmuşdur. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva əsaslı təmirdən sonra məktəbin açılışında iştirak etmiş, pedaqoji kollektivə uğurlar arzulamışdır. Bundan əlavə, məktəbimizdə 640 yerlik əlavə tədris korpusu tikilmişdir.

Bütün bunlar bizi sevindirir və daha yaxşı çalışmağa ruhlandırır. Fürsətdən istifadə edib bu bayram günündə çoxminlik həmkarımı, ölkəmizin bütün təhsil ictimaiyyətini təbrik edirəm. 

Xanlar İMAMƏLİYEV,
Bakıdakı 236 nömrəli tam orta məktəbin direktoru,
əməkdar müəllim

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov