Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

5 Oktyabr 2012 - №39

 

Əməyimizə verilən qiymət bizi sevindirir

 

Ölkəmizdə digər sahələrdə olduğu kimi, təhsildə də əsaslı islahatlar gedir. Təhsil sisteminin informasiyalaşdırılması, kurikulumların, təhsil standartlarının, pedaqoji texnologiyaların, informasiya-kommunikasiya texnologiyalarının uğurlu tətbiqi,  təhsilin kompüterləşdirilməsi, dünya təcrübəsindən, innovasiyalardan yaradıcı şəkildə bəhrələnmək Azərbaycanda təhsilin bütün mərhələlərində və pillələrində uğurlu nəticələrin ələ edilməsinə imkan vermişdir.

Ölkəmizdə son on ildə böyük nailiyyətlər qazanılmışdır. Həm təhsil müəssisələrində iş şəraiti qat-qat yaxşılaşdırılmış, təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və yenidən qurulması, zəruri avadanlıqlarla təmin olunması, istilik sisteminin qaydaya salınması, həm də pedaqoji peşə sahiblərinin, müəllimlərin maddi və mənəvi baxımdan həvəsləndirilməsi ənənəyə çevrilmişdir. Artıq neçə illərdir ki,  hər il "Ən yaxşı ümumi təhsil müəssisəsi" və "Ən yaxşı müəllim" müsabiqələri keçirilir, qalib məktəblər və müəllimlər mükafatlandırılır.

Hər il neçə-neçə məktəb, uşaq bağçası tikilir, yaxud əsaslı təmir edilərək yenidən qurulur. Ötən il 167 yeni məktəb binası inşa edilmiş, bütövlükdə isə son illər 2200-dən çox məktəb binası tikilmiş və təmir edilmişdir. Belə faktlar saysız-hesabsızdır.

Təhsil sahəsində uğurlarımız təsadüfi deyildir. Bu məsələyə dövlət səviyyəsində böyük diqqət yetirilir. Ölkə Prezidenti cənab İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva daim təhsilimizə qayğı göstərirlər.

Müəllim günü ərəfəsində bir qrup təhsil işçisinə "Əməkdar müəllim" fəxri adı verilmişdir. Onların arasında mən də varam. "Əməkdar müəllim" fəxrı adına layiq görülməyim özümün və ailəmin böyük sevincinə səbəb olmuş, bayram ovqatımızı daha da yüksəltmişdir. Bu mükafat bizim əməyimizə verilən böyük qiymətdir, bizi daha yaxşı işləməyə, fəaliyyət göstərməyə ruhlandırır. Əməyimə verilən yüksək qiymətə görə ölkə Prezidenti cənab İlham Əliyevə öz minnətdarlığımı bildirirəm. 

Akif  ABBASOV,
Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun elmi katibi,
pedaqogika üzrə elmlər doktoru, professor
 

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov