Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

5 Oktyabr 2012 - №39

 

Təhsil işçilərinə göstərilən diqqət və qayğının növbəti bariz nümunəsi

 

Təməl daşı ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bugünkü inkişafı ilə küreyi-ərzin diqqətini çəkən müasir Azərbaycanımızın daha xoşbəxt sabahı naminə hər bir Azərbaycan vətəndaşı, xüsusilə biz təhsil işçiləri böyük əzmlə çalışmalı, üzərimizə düşən vəzifənin öhdəsindən layiqincə gəlməliyik.

Hesab edirik ki, möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının "Azərbaycan Respublikasının təhsil işçilərinə "Əməkdar müəllim" fəxri adının verilməsi haqqında" 1 oktyabr 2012-ci il tarixli sərəncamı dövlətimizin, Prezidentimizin təhsil işçilərinə olan diqqət və qayğısının növbəti bariz nümunəsidir.

Müasir dünyada elmin və təhsilin inkişafın ön cəbhəsi olması hamımıza bəllidir.  Elə bu səbəbdəndir ki, 2003-cü ildən bu günə kimi Prezident İlham Əliyev tərəfindən elm və təhsillə bağlı onlarla Dövlət Proqramı təsdiq edilmiş, xeyli fərman və sərəncam imzalanmışdır.  Nəticədə Azərbaycan təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiya olunması, təhsil sisteminin səmərəli idarə olunmasının təmin edilməsi, bütövlükdə təlim-tərbiyə müəssisələrinin infrastrukturunun yeniləşdirilməsi, maddi-texniki bazasının gücləndirilməsi, təhsil işçilərinin sosial müdafiəsi istiqamətində xeyli nailiyyətlər əldə edilmişdir. İndi respublikamızda məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən işləri dünyanın inkişaf etmiş ölkələri ilə müqayisə etmək mümkündür. Bircə faktı qeyd etmək kifayətdir ki, bu sahədə görülən işlərin fərqində olasan: 2003-cü ildən bu günə kimi ölkəmizdə tikilən yeni məktəb və korpusların xüsusi çəkisi respublikamızda mövcud ümumtəhsil məktəblərinin təqribən 50 faizinə bərabərdir.

Ümumiyyətlə, biliklər əsri olan XXI əsrdə inteqrasiya və qloballaşma kimi ümumbəşəri prosesin fəal iştirakçısı olmağın yeganə yolu elmdən və təhsildən keçir ki, onun da konturları, bu sahə ilə bağlı strateji hədəflər möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən dəqiqliklə müəyyənləşdirilmişdir: "Biz elə etməliyik ki, Azərbaycanda yetişən gənc nəsil bilikli, savadlı olsun və ölkəmizin gələcəyini məhz bilik, savad təmin edəcəkdir. İnkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq, görərik ki, onların inkişafı təbii sərvətlərin hesabına deyil, bilik, savad, elmi-texniki tərəqqi hesabına mümkün olmuşdur. Biz də bu yolla getməliyik və gedirik".

Odur ki, indi biz təhsil işçiləri qarşısında duran başlıca vəzifə təlim prosesinin səviyyəsini və inkişaf tempini dövlətin, ölkə Prezidentinin təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində gördüyü işlərin səviyyəsinə və inkişaf tempinə uyğunlaşdırmaqdan, əməli işimizlə Prezidentimizə dəstək olmaqdan ibarətdir.

Bir daha möhtərəm Prezidentimizə təhsil işçilərinə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığımızı bildirir, doğma Azərbaycanımızın hərtərəfli tərəqqisi naminə fəaliyyətində uğurlar diləyirik.  

Hüseyn ƏSGƏROV,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini,
əməkdar müəllim, filologiya elmləri doktoru, professor

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov