Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

5 Oktyabr 2012 - №39

 

SDU-da beynəlxalq elmi konfrans

 

Sumqayıt Dövlət Universitetində (SDU) bu ali məktəbin yaranmasının 50 illik yubileyi ilə bağlı keçirilən silsilə tədbirlər davam edir. Bu silsilədən Sumqayıt Dövlət Universitetində növbəti beynəlxalq elmi konfrans keçirildi.

"İnnovasiya yönümlü inkişafın sosial-iqtisadi problemləri" mövzusunda keçirilən konfransı universitetin rektoru, professor Nadir Qəhrəmanov açaraq iştirakçılara tədbirin mahiyyəti barədə məlumat verdi. Ölkəmizin sosial-iqtisadi inkişafından bəhs edən rektor xüsusilə son illərdə innovativ inkişaf meyillərinin hiss edildiyini qeyd etdi.

SDU-da bu cür tədbirlərin artıq ənənəvi xarakter daşıdığını dilə gətirən N.Qəhrəmanov bildirdi ki, bu, universitetdə keçirilən sayca 18-ci beynəlxalq konfransdır. Rektor veriləcək təkliflərin əhəmiyyətli olacağına əminliyini ifadə edərək konfransın işinə uğurlar arzuladı.

Daha sonra Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun Postsovet ölkələri üzrə Tədqiqat Mərkəzinin müdiri Leonid Borisoviç Vardomskiy çıxış edərək ölkəmizin müstəqillik illərində əldə etdiyi nailiyyətlərə toxundu. Natiq bildirdi ki, Azərbaycan xüsusilə son illərdə innovasiya yönümlü inkişaf yoluna çıxıb.   AMEA-nın müxbir üzvü, Azərbaycan Respublikasının  Prezidenti yanında  Dövlət İdarəçilik Akademiyasının Regional İqtisadi və Sosial Tədqiqatlar İnstitutunun direktoru, professor Əli Nuriyev ölkəmizin yeni inkişaf mərhələsinə daxil olduğunu qeyd etdi, qabaqcıl kapitalist ölkələrinin təcrübəsindən faktlar və müqayisələr gətirdi.

Sumqayıt Dövlət Universitetinin dosenti Albert Tağıyev isə Sumqayıtda fəaliyyət göstərən və yaradılacaq texniki parkların, eləcə də ayrı-ayrı dünya ölkələrində mövcud olan texnoparkların  inkişafı problemlərindən bəhs etdi.

Daha sonra çıxış edən Sumqayıt Dövlət Universitetinin dosenti, Bakı Məşğulluq İdarəsinin rəisi  Şəfa Əliyev Azərbaycan iqtisadiyyatının innovasiyalaşdırılmasında xüsusi iqtisadi zonaların tətbiqinin mühüm aspektləri barədə məlumat verdi.

Növbəti gün konfrans bölmə iclaslarında işini davam etdirdi. Konfransın işinə Sumqayıt Dövlət Universitetinin prorektoru, professor Yadigar Hüseynov yekun vurdu. 

Sumqayıt Dövlət Universitetinin Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov