Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

5 Oktyabr 2012 - №39

 

"Zəngi" liseyi VMA-nın fəaliyyəti yüksək qiymətləndirildi

 

"Zəngi" liseyində "Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" İctimai Birliyinin Bakı şəhəri Nizami rayonu üzrə 1 saylı filialının II konfransı keçirildi.  Tədbirdə liseyin müəllim-şagird kollektivi ilə yanaşı, Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının icraçı direktoru Təranə Şərifova, VMA-nın idarə heyətinin üzvləri, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Müzəffər Talıbov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Fərrux Rüstəmov, Nizami RİH-in şöbə müdiri Əli Axundov, liseyin direktoru Bayram Heydərov və digər şəxslər iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan  "Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" İctimai Birliyinin Bakı şəhəri Nizami rayonu üzrə 1 saylı filialının prezidenti, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirdi ki, son vaxtlar ölkə təhsilinə dövlət qayğısının artırılması, Heydər Əliyev Fondunun layihələri çərçivəsində həyata keçirilən tədbirlər sayəsində təhsilin maddi-texniki bazası xeyli yaxşılaşdırılmışdır. Müasir təhsilimizin dünya təhsil sisteminə inteqrasiyası, inkişaf etmiş ölkələrin təhsillə bağlı müsbət ənənələrinin milli təhsilimizə gətirilməsi fərəhli haldır. Dünyanın inkişaf etmiş ölkələrinin təhsil sistemlərinin təcrübəsi göstərir ki, məktəblə ictimaiyyət arasında düzgün, səmimi əməkdaşlıq münasibətləri qurulduğu təqdirdə təhsil sistemi sürətlə inkişaf edir. Qeyd edildi ki, dövlətin və təhsil müəssisələrinin təhsillə bağlı həll etdiyi problemlərdən  əlavə, gündəlik problemlərin həllində məhz valideyn və ictimaiyyətin köməyi gərəkdir. Bu məsələlər imkanlı iş adamlarının yardımı, məktəblə ictimaiyyət arasında düzgün fəaliyyətin təşkili nəticəsində həll oluna bilər. VMA-nın fəaliyyəti buna bariz sübutdur. Azərbaycan Valideyn-Müəllim Assosiasiyası (AVMA)  valideyn və müəllimlərin könüllü birləşməsi nəticəsində yaranan ictimai qurumdur.

V.Rəhimzadə qeyd etdi ki, 2009-cu ilin sentyabr ayından fəaliyyət göstərən "Zəngi" liseyi VMA yarandığı gündən etibarən Azərbaycan Valideyn-Müəllim Assosiasiyasının həyata keçirdiyi müxtəlif proqram və layihələrin iştirakçısı olmuşdur. Qurumun fəaliyyəti haqqında danışan V.Rəhimzadə bildirdi ki, "Zəngi" liseyi VMA-nın qərarları İdarə Heyəti tərəfindən qəbul olunur. VMA-nın İdarə Heyəti 7 nəfər valideyn, 6 nəfər müəllim olmaqla 13 nəfərdən ibarətdir. "Zəngi"  liseyi VMA-nın əsas işçi qrupu 6 nəfərdən ibarətdir. Liseydə VMA-nın fəaliyyəti üçün xüsusi otaq ayrılmışdır. "Zəngi" liseyi VMA-nın İdarə Heyəti təşkil olunarkən istər valideynlərin, istərsə də müəllimlərin tərkibi diqqətlə nəzərdən keçirilmiş, valideynlərin arasında ictimai nüfuza malik və  pedaqoji sahədə öz sözünü demiş ziyalılara üstünlük verilmiş, müəllimlərin tərkibindən qabaqcıl, təcrübəli  pedaqoqlar  seçilmişdir. Bu baxımdan "Zəngi" liseyi VMA-nın iş strukturu nümunəvi formada qurulmuşdur. İdarə Heyətinin yığıncaqları mütəmadi olaraq keçirilir. Lisey rəhbərliyi ilə sıx, səmimi münasibətlər  mövcuddur. Liseyin həlli vacib məsələləri İdarə Heyətinin iclaslarında müzakirə olunur və lazımi qərarlar qəbul edilir.

Tədbirdə çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Müzəffər Talıbov liseyin və VMA-nın fəaliyyətini yüksək qiymətləndirdi. Son illər respublikamızda təhsilin sürətlə inkişaf etdiyini bildirən M.Talıbov ölkə Prezidenti cənab İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğıdan söz açdı. "Zəngi" liseyinin sayılıb-seçilən liseylərdən olduğunu və bir çox uğurlar əldə etdiyini vurğulayan M.Talıbov liseyin nüfuzunun qorunub saxlanılmasını və bu işdə pedaqoji kollektivlə yanaşı valideynlərin də böyük rolunu diqqətə çatdırdı.

"Zəngi" liseyinin direktoru Bayram Heydərov tədbirdə çıxış edərək VMA-nın təhsil müəssisəsinin ümumi işinə müsbət təsir etdiyini və valideyn-müəllim əməkdaşlığının sıx olmasının liseyin uğurlarını daha da artırdığını bildirdi. Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının respublikamızda apardığı işləri təqdir edən direktor qurumun icraçı direktoru Təranə Şərifovanın əməyini yüksək qiymətləndirdi. "Zəngi" liseyinin yarandığı dövrlərdə maddi-texniki bazasının zəif olduğu, lakin qısa müddətdən sonra tədris üçün normal şərait yaradıldığı bildirildi. Son illər ölkəmizdə aparılan təhsil islahatlarının yüksək nəticələr verdiyini və gənclərimizin dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarının sevindirici hal olduğu iştirakçıların nəzərinə çatdırıldı.

Tədbirdə çıxış edən  Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının icraçı direktoru Təranə Şərifova Azərbaycanda təhsil islahatlarının həyata keçirilməsində VMA-nın  fəaliyyətindən danışdı. Valideynlərin təhsil ocaqları ilə daha sıx əməkdaşlıq etmələrinin vacibliyini nəzərə çatdırdı. "Zəngi" liseyi VMA-nın fəaliyyətinin aktiv şəkildə aparıldığını bildirən T.Şərifova valideynlərə vaxtlarının əsas hissəsini övladlarına həsr etməyi tövsiyə etdi.

Sonra "Zəngi" liseyi VMA-nın işində yaxından iştirak edən və fərqlənən bir qrup valideyn və müəllimə  "Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" İctimai Birliyinin Fəxri diplomları təqdim edildi.

Şagirdlərin ifasında mahnılar oxundu, şeirlər səsləndirildi. Xatirə şəkli çəkdirildi. 

Niyazi RƏHİMOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov