Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

5 Oktyabr 2012 - №39

 

Xarici ölkə vətəndaşlarında Naxçıvan Dövlət Universitetində təhsil almağa maraq artır

 

 Naxçıvan Dövlət Universitetində bakalavr pilləsinin hazırlıq kursunda dinləyici qismində təhsil alacaq xarici ölkə vətəndaşları ilə görüş keçirildi. Görüşdə universitetin rektoru, akademik İsa Həbibbəyli çıxış edərək ali məktəbə builki qəbulun nəticələri, yeni açılan ixtisaslar, tədrisin və maddi-texniki bazanın gücləndirilməsi istiqamətində görülən işlər haqqında danışdı. Qeyd olundu ki, Naxçıvan Dövlət Universitetində dünya elm, təhsil sisteminə inteqrasiya, modern təhsil sisteminin tətbiqi məqsədilə beynəlxalq əməkdaşlığın inkişafına, elmi əməkdaşlığa, xüsusilə də tələbə mübadiləsinə böyük əhəmiyyət verilir. Beynəlxalq layihələr və universitetlərarası müqavilələr çərçivəsində ali məktəbin bakalavr və magistrantlarından bir neçəsi dünyanın müxtəlif universitetlərində ali təhsillərini davam etdirir. Bir nəfər aspirant  isə İspaniyanın Santyaqo şəhərində Santyaqo De Kompostella Universitetində doktorantura təhsili alır. Universitetdə dünyanın 10 ölkəsindən - Türkiyə Cümhuriyyətindən, İran İslam Respublikasından, Cənubi Koreya, Nigeriya, Banqladeş respubikalarından və digər ölkələrdən 282 tələbə ali təhsil alır. Rektor, yeni tədris ilindən bakalavr pilləsinin hazırlıq kursunda oxuyacaq xarici ölkə vətəndaşlarına uğurlar dilədi, onların üzərinə düşən vəzifələrdən danışdı.

Xarici tələbələrlə iş üzrə dekan, filologiya üzrə fəlsəfə doktoru, dosent Xanəli Kərimli müxtəlif ölkələrdən NDU-da ali təhsil almağa böyük maraq yarandığını bildirərək bu il 59 nəfərin universitetin bakalavr pilləsinin hazırlıq kursunda oxuyacaqları barədə məlumat verdi. Qeyd olundu ki, hazırlıq kursunun dinləyiciləri olacaq Türkiyə Cümhuriyyətinin, İran İslam Respublikasının, Banqladeş Xalq Respublikasının vətəndaşları memarlıq, beynəlxalq münasibətlər, əczaçılıq, stomatologiya, musiqi, ingilis dili, rus dili müəllimliyi ixtisasları üzrə təhsil alacaqlar.

Türkiyə Cümhuriyyətinin vətəndaşı, hazırlıq kursunun musiqi müəllimliyi ixtisası üzrə dinləyicisi Bilal Ərdoğan, İran İslam Respublikasının vətəndaşı, hazırlıq kursunun əczaçılıq ixtisası üzrə dinləyicisi Amin Riazina, Banqladeş Xalq Respublikasının vətəndaşı, hazırlıq kursunun beynəlxalq münasibətlər ixtisası üzrə dinləyicisi Atiqur Majumber çıxış edərək bu ali məktəbi seçmələrindən, muxtar respublika haqqında ilk təəssüratlarından söz açdılar.

Universitetin tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyid onlara təhsildə uğurlar arzuladı.  

Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov