Almaniyanın
Azərbaycandakı səfiri cənab Herbert Quelle Lənkəran
Dövlət Universitetində olmuşdur. Universitetdə keçirilən
görüşdə fikir mübadiləsi aparılmış, Almaniya-Azərbaycan
dostluq əlaqələrindən söhbət getmişdir.
Universitetlə tanışlıq almaniyalı qonaqda xoş təəssürat
oyatmışdır. Universitetin rektoru, fizika-riyaziyyat
elmləri doktoru, əməkdar elm xadimi, professor Asəf
İsgəndərov yeni təhsil islahatları ilə əlaqədar ali
təhsil ocağında elm və təhsilin inkişafı istiqamətində
əldə edilmiş uğurlardan, beynəlxalq əlaqələrdən
danışmış, qonaqları maraqlandıran suallara cavab
vermişdir. Bildirilmişdir ki, Lənkəran Dövlət
Universiteti beynəlxalq təşkilat olan DAAD Alman Mərkəzi
ilə əməkdaşlıq edir, qurumun dəstəyi ilə layihələr
həyata keçirərək qrantlar almışdır. Universitetdə alman
dili və ədəbiyyatı mərkəzi fəaliyyət göstərir. Alman
dili mütəxəssisləri tələbələrə uzunmüddətli mühazirə və
seminarlar keçmişlər. Universitetin müəllimləri və
tələbələri Almaniyanın DAAD təşkilatının maliyyə dəstəyi
ilə bu ölkədə təcrübə mübadiləsində olmuşlar.
Almaniyanın Azərbaycandakı səfiri cənab Herbert Quelle
səmimi görüş üçün minnətdarlığını bildirmiş,
universitetlə əməkdaşlığın daha da genişləndiriləcəyini
qeyd etmişdir.
Hacı Etibar ƏHƏDOV |