Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

5 Oktyabr 2012 - №39

 

Bakıdakı 327 nömrəli məktəbdə MDB məkanında analoqu olmayan smart sinif yaradılıb

 

Suraxanı rayonunun Bülbülə qəsəbəsindəki 327 nömrəli tam orta məktəbdə ən müasir texnologiyaların istifadəsi ilə smart sinif yaradılmışdır. Bu dərs ilinin əvvəlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilmiş yeni məktəbdə yaradılmış smart sinif Koreya Respublikasının elektron təhsil sistemi sahəsində dünya liderlərindən biri olan "AHA" və Azərbaycanın ULTRA şirkətləri tərəfindən quraşdırılmışdır.

Smart sinif otağında quraşdırılmış simsiz şəbəkə, rəqəmsal podium, interaktiv smart LCD, planşet kompüter və s. avadanlıqlar kompleks şəkildə istənilən fənn üzrə interaktiv tədrisə imkan yaradır. Smart sinif konsepsiyası çərçivəsində tətbiq olunan texnologiyalar tədris prosesini gücləndirir, fərdi və komanda tərkibində XXI əsr bacarıqlarını daha effektiv nümayiş etdirməyə imkan verir.

Sinifdə quraşdırılmış interaktiv smart LCD yüksək keyfiyyətli təsviri, həmçinin optik sensor sistemi ekrana toxunmaqla rahat iş rejimini təmin edir, ekranda (lövhədə) işlənmiş məlumatların elektron arxivləşdirilməsi imkanı yaradır. Simsiz şəbəkə İnternetə və yerli şəbəkəyə asan qoşulmaqla bir şagirdin ekranı ilə digər şagirdlərin ekranlarının sinxronizasiyası, yəni mübadiləsi, həmçinin müəllimin ekranının translyasiyasını təmin edir. Xüsusi daxiletmə qurğuları, sensorlu ekran və multimedia fayllarını emal etmə xüsusiyyətinə malik simsiz şəbəkəyə qoşulmuş planşetlər hər bir şagirdin məlumat mənbələrinin müxtəlifliyini, informasiya mübadiləsi və birgə iş prinsipini təmin edir. Smart sinif otağının məsafədən idarəetmə funksiyası müəllimlərə məsafədən dərslərin keçilməsinə və şagirdlərin dərslərdə virtual iştirakına da imkan verir. Smart sinif otağının idarəetmə mərkəzi müəllimin ixtiyarında qalmaqla hər bir şagirdin qeyri-təhsil məqsədli fəaliyyətləri mütəmadi nəzarətdə saxlanılır. Bundan əlavə, sistemin dəyişikliklər üçün açıq olması istənilən vaxt tədris materiallarını yeniləmək, sistemi günün tələblərinə uyğunlaşdırmaq və redaktə etmək imkanı verir.

Y.ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov