Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

28 Sentyabr 2012 - №38

 

"Ali təhsil və cəmiyyət" jurnalının ikinci nömrəsi çapdan çıxıb

 

Təhsil Nazirliyinin "Ali təhsil və cəmiyyət" elmi-metodik jurnalının 2-ci nömrəsi çapdan çıxıb. Rüblük jurnalın bu nömrəsi "Müasir tendensiyalar və texnologiyalar" rubrikası ilə açılır. Həmin rubrika altında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tədris işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor Əlikram Abdullayevin "Kadr potensialının inkişafında dəyərlər sisteminin rolu", Xəzər Universitetində rektor assistenti, pedaqoji elmlər üzrə fəlsəfə doktoru İsaxan İsaxanlının "Ali təhsildə dövlət və özəl sektor. Müqayisəli təhlil: maliyyələşmə, idarəetmə və funksiyalar", Azərbaycan Dövlət Pedaqoji Universiteti pedaqoji fakültəsinin dekanı, pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmovun "Ali məktəb həyatına adaptasiyanın pedaqoji əsasları", həmin universitetin fizika fakültəsinin dekanı, fizika-riyaziyyat elmləri doktoru, professor Mirzəli Murquzovun "Dünyanın təhsil sistemini vahid məkana aparan yol (sinergetik yanaşma)" adlı məqalələri və digər yazılar oxuculara təqdim olunub.

Jurnalın "Yeni yanaşmalar" rubrikası da bu nömrədə maraqlı yazılar təqdim edib. Bunlar Azərbaycan Respublikasının Prezidenti yanında DİA-nın professoru Fuad Məmmədovun "Kulturologiya, təhsil və milli inkişaf" (rus dilində), ADPU-nun dosenti Gülşən Novruzovanın "Şəxsiyyətin formalaşmasında yeni təlim texnologiyalarının tətbiqinin rolu", ADPU Kompüter Mərkəzinin direktoru İlham Əhmədovun "Ali peşə təhsilinin informatlaşması problemləri", Sumqayıt Dövlət Universitetinin rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Nadir Qəhrəmanovun "Azərbaycan təhsil sisteminin müasir prioritetləri: axtarışlar, yeni yanaşma istiqamətləri" məqalələridir.

Nömrənin maraqlı yazılarından biri də XIX əsrin sonu - XX əsrin əvvəllərində Rusiya müsəlmanlarının lideri, türkçülük hərəkatının əsas simalarından biri İsmayıl Qaspiralının nəşr etdiyi "Tərcüman" qəzeti haqqındadır. Məqalənin müəllifi Azərbaycan Respublikası Nazirlər Kabineti humanitar məsələlər şöbəsinin baş məsləhətçisi, tarix elmləri doktoru, professor Abid Tahirli həmin mətbu nəşri türk dünyasının mətbuat və ictimai fikir tarixində yeni mərhələ adlandırır.

Yeni nömrədə habelə müzakirə təriqi ilə Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev, Xəzər Universitetinin Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı və başqa müəlliflərin birgə qələmə aldıqları "Azərbaycanın rayonları üçün bölgə kolleci kompleksinin/klasterinin yaradılması" adlı yazı dərc olunmuşdur.

Y.ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov