Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

28 Sentyabr 2012 - №38

 

Tədris plan və proqramlarının hazırlanması barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2011-ci il tarixli 178 №-li Qərarı ilə təsdiq edilmiş "İlk peşə-ixtisas təhsili üzrə ixtisasların təsnifatı"nda göstərilən peşələrin məzmununun müasir dövrə uyğun dəyişdiyini və bununla əlaqədar yeni tədris plan və proqramlarının yenidən hazırlanmasına ehtiyac yarandığını nəzərə alaraq

ƏMR EDİRƏM: 

1. "İlk peşə-ixtisas təhsili üzrə ixtisasların təsnifatı"nda göstərilən peşələrin yeni tədris plan və proqramları ilk peşə-ixtisas təhsili müəssisəsində hazırlansın, müəssisənin pedaqoji şurasında müzakirə edilsin, Təhsil Problemləri İnstitutunun İlkin Peşə Təhsilinin İnkişaf Mərkəzi və  Texniki peşə təhsili şöbəsi ilə razılaşdırıldıqdan sonra direktor tərəfindən təsdiq olunsun.

2. Texniki peşə təhsili şöbəsi (N.Məmmədov) və Təhsil Problemləri İnstitutu (A.Mehrabov) yeni tədris plan və proqramlarının hazırlanmasında və tətbiq olunmasında ilk peşə-ixtisas təhsili müəssisələrinə metodiki kömək göstərsinlər.

3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində və "Sənətkar" jurnalında dərc olunmasını təmin etsin.

4. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm. 

Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
24 sentyabr 2012-ci il

 
 
 
Səhifənin başına qalx "Qanunvericilik" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov