Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

21 Sentyabr 2012 - №37

 

"Müəllimlərimə borcluyam!"

 

Uşaq  və yeniyetmələrin istedad və qabiliyyətlərinin aşkara çıxarılması  və inkişaf etdirilməsi  bu gün  təhsildə aparılan islahatların prioritet istiqamətlərindən biridir. Təhsil ocaqlarında onların  potensial imkanlarının inkişaf etdirilməsi və səmərəli təhsil almaları üçün hər cür şərait yaradılıb. Haqqında söhbət açmaq istədiyim istedadlı  yeniyetmələrdən biri  Atabala Manafzadə Xırdalan şəhər 4 nömrəli tam orta məktəbin IX, Uşaq Musiqi Məktəbinin VII sinif şagirdidir. Azərbaycan  Respublikasının Prezidenti  İlham Əliyev cənablarının  29 mart 2012-ci il tarixdə  imzaladığı "Gənc istedadların  xüsusi təqaüdə layiq görülməsi haqqında" Sərəncamı ilə Atabala Manafzadənin adı  Azərbaycanın  gənc istedadlarının "Qızıl kitabı"na  yazılmaqla o, xüsusi aylıq təqaüdə layiq görülüb.

Bu yüksək mükafatdan ruhlanan Atabala dərslərini əla oxumaqla bərabər,  musiqi təhsilini də uğurla davam etdirir.

Atabala Manafzadə 1998-ci ildə Bakıda anadan olub. 2005-ci ildə  Xırdalan şəhər  Uşaq Musiqi Məktəbinin fortepiano şöbəsinin I sinfinə daxil olub.  O, məktəbin  Qara Qarayev adına  Dövlət Kamera  Orkestrinin müşayiəti ilə keçirilən konsertlərdə çıxış edib. 2009-cu ildə "Gənc pianoçuların II  respublika müsabiqəsi"ndə  I dərəcəli, 2010-cu ildə  Polşanın Azərbaycandakı səfirliyi  və Azərbaycan Respublikası Mədəniyyət və Turizm  Nazirliyi tərəfindən  təşkil olunan  "Uşaq və Gənclər üçün  F.Şopen müsabiqəsi"ndə II dərəcəli diplomlara layiq görülüb. 2011-ci ildə Vladimir  Spivakov  xeyriyyə fondunun  keçirdiyi  "Moskva dostları qarşılayır" adlı VIII beynəlxalq festivala   dəvət alıb və ölkəmizi yüksək səviyyədə  təmsil edib.  Həmin il  Üzeyir Hacıbəyli adına  BMA-nın və Macarıstanın Azərbaycandakı  səfirliyinin birgə təşkil etdiyi  F. Listin 200 illiyinə həsr olunmuş  gənc pianoçuların festivalında uğurlu çıxışına,  Şirvan şəhərində  Azərbaycan Respublikası Mədəniyyət  və Turizm Nazirliyi tərəfindən  keçirilən  "İstedadlı uşaqlar" respublika müsabiqəsində  fəal iştirakına görə diplomlarla  mükafatlandırılıb. Belqrad şəhərində  IX " Davorin Jenko" beynəlxalq müsabiqəsində  ilk dəfə olaraq  iki yaş kateqoriyasında  yarışaraq  I dərəcəli mükafat və Fəxri laureat adı qazanıb. Türkiyənin İstanbul   şəhərində keçirilən  VII "Pera Piano" beynəlxalq müsabiqəsində Atabala I dərəcəli diplom və həm də A.Skryabinin əsərinin ən yaxşı ifaçısı nominasiyasının qalibi adına  layiq görülüb.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Bakı şəhər Musiqi Məktəbləri Direktorlar Şurasının təşkil etdiyi  konsertlərin fəal iştirakçısı olan Atabala Manafzadə deyir ki, beynəlxalq müsabiqələrdə iştirak etmək onun çoxdankı arzusu olub.  Mədəniyyət və Turizm Nazirliyinin bu müsabiqəyə  onu  göndərmək istədiyini biləndə sevincinin hədd-hüdudu olmayıb.  Amma bu səfərin məsuliyyətini də dərindən dərk edib.Ona görə də  öz üzərində çox çalışıb. Serbiyada keçirilən müsabiqədə Y.Haydnın, V.A.Motsartın, F.Listin, R.Şumanın, Qara Qarayevin, Türkiyədə isə  K.Çerni, İ.S.Bax, A.Skryabin, Ü.C.Erkinin əsərlərini ifa edib.

- Mən qazandığım bütün uğurlara görə  üzərimdə əməkləri olan  müəllimlərimə, məni müsabiqələrə hazırlayan Kamilla Əmirovaya  təşəkkür edirəm. Ən başlıcası ölkə rəhbərinə və  onun xanımına istedadlı gənc və yeniyetmələrə göstərdikləri diqqət və qayğıya görə minnətdarlığımı bildirirəm. 

Sifai SƏFƏROVA

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov