Bu günlərdə Ağstafa rayonunun Heydər Əliyev mərkəzində
2 nömrəli Bakı Peşə Liseyinin təlim-tərbiyə işləri üzrə
direktor müavini Əyyub Paşanın "Bu günün, sabaha
töhfəsiyəm mən" şeirlər kitabının təqdimat mərasimi
keçirilib. Tədbiri şair-publisist, qocaman jurnalist
Firdövsi Heydərli açaraq kitabın ərsəyə gəlməsindən və
bədii keyfiyyətindən danışıb. Nasir-rəssam Süleyman
Mustafa, Yazıçılar Birliyinin Ağstafa şöbəsinin sədri
Kürsoy, Yazıçılar Birliyinin Qazax şöbəsinin sədri
Barat Vüsal, aktyor Tariyel Qasımov, şairlərdən Misir
Həsənov, Şahinə Könül kitab haqqında xoş
təəssüratlarını söyləyiblər.
Kitabın növbəti təqdimatı 2 nömrəli Bakı Peşə
Liseyində olub. Burada tanınmış şairlər, müəllim və
ziyalılar kitab haqqında fikirlərini bildiriblər.
Sonda Əyyub Paşa çıxış edərək tədbirin təşkilatçılarına
minnətdarlığını bildirib.
Şakir CƏFƏROV |