Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

21 Sentyabr 2012 - №37

 

Müsabiqə qalibi olmağım mənim üçün ötən dərs ilinin ən əlamətdar hadisəsidir

 

Artıq bir həftəyə yaxındır ki, yeni - 2012-2013-cü dərs ili başlayıb. Bu münasibətlə həmkarlarımı, ölkəmizin təhsil sistemində çalışanları təbrik edirəm.

Dünyada elə peşə var ki, onun dəyəri olduqca qiymətlidir. Bu peşə qaranlıqları nura boyayan, gələcəyin alimlərini, həkimlərini yetişdirən, ağla, düşüncəyə aydınlıq bəxş edən bir peşədir. Bu, müəllimlik peşəsidir.

Müəllim dühası üçün meyar tapmaqda acizlik çəkirəm. Düşünürəm ki, maddi və mənəvi aləmdə heç bir ehtişam, heç bir əzəmət, heç bir qüdrət müəllim üçün meyar ola bilməz. Sarayların naxışını, həyatın simfoniyasını, lövhələrin solmazlığını, dastanların nəğməsini, sözünü yazan şairin, sənətkarın, memarın, elə bəstəkarın özünü də kim yetişdirir, kim onları ərsəyə çatdırır? Əlbəttə ki, müəllim... Bu gün mən çox xoşbəxtəm. Xoşbəxtəm ki, bütün qəlbimlə, bütün ruhumla müəlliməm.

Möhtərəm Prezidentimiz İlham Əliyevin "Müasir dünyada bilik və yeni texnologiyalar olmasa, uğur qazanmaq mümkün deyil" fikri bütün ixtisas sahibləri kimi biz müəllimlərin də fəaliyyətini istiqamətləndirir.

Kollektivimiz yeni dərs ilinə inamla başlayıb. Məktəbimiz yenicə təmirdən çıxıb, otaq və dəhlizlər göz oxşayır. Bu gözəllik, bu səliqə-sahman insanın ruhunu dincəldir, onu mənəvi cəhətdən sakitləşdirir. Dövlətimizin təhsilə qayğısı danılmazdır. Keçirilən bir sıra islahatlar, o cümlədən kurikulum islahatı təhsilimizin gələcəyindən xəbər verir. Bu il məktəbimizdə beşinci siniflərdə dərs deyəcək bütün müəllimlər kurslara  getmiş  və  müvafiq  sertifikatlar almışlar.  Demək  olar  ki,  məktəbimiz  yeni  tədris  ilinə  tam  hazırlıqlı  başlayıb.

Elə xatirələr var ki, onu ömürdən uca bilirsən. Sentyabrın 15-i hər il bizə bu ucalığı yaşadır. Biz müəllimlər üzümüzə dikilmiş o çaşqın, o min bir sual dolu gözləri, onlara qaranlıq qalan məqamları işıqlandıranda özümüzü xoşbəxt hiss edirik. Şam işığı xoşbəxt olur qaranlıqda...

Beş ildən artıqdır ki, ölkəmizdə "Ən yaxşı müəllim" müsabiqəsi keçirilir. Bu müsabiqənin keçirilməsinin çox böyük əhəmiyyəti var. Müəllim özünü həm maddi, həm də mənəvi cəhətdən qüvvətli hiss etsə, bu, təhsildə də öz əksini tapar. Bu il mən də bu müsabiqənin 100 qalibindən biri oldum. Bu, ilin yaddaqalan ən əlamətdar hadisəsi oldu mənim üçün. Məktəbimizin direktoru Kəmalə xanımın isə sevincinin hədd-hüdudu yoxdur. Çünki bu il məktəbimizin iki müəllimi - Sevinc Məcidova və bir də mən bu müsabiqənin qalibi olmuşuq. Bütün kollektivimizi bu uğur münasibəti ilə təbrik edirəm. Qoy belə uğurlarımızın sayı gündən-günə çoxalsın. Qoy təhsilimiz gündən-günə çiçəklənsin! Arzularımız həmişə çin olsun!.. 

Həcər BƏŞİROVA,
Bakıdakı 164 nömrəli məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov