Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialında 15
sentyabr - "Bilik günü"nə həsr olunmuş tədbirdə
professor və müəllim heyəti, tələbə və valideynlər
"Məktəb illəri" mahnısının sədaları altında
toplaşdılar.
Tədbiri giriş sözü ilə filialın direktoru, filologiya
elmləri üzrə fəlsəfə doktoru T.Yusifova açaraq bütün
təhsil işçilərini, tələbə və valideynləri "Bilik günü"
münasibəti ilə təbrik edərək bildirdi ki, bu, ölkəmizin
həyatında çox əlamətdar hadisədir. Ulu öndər Heydər
Əliyevin dediyi kimi, "Təhsil sahəsi müqəddəs bir
sahədir. Çünki təhsil sahəsi uşaqları, gəncləri
hazırlayıb gələcəyə əsl vətəndaş, yüksək səviyyəli
mütəxəssis etmək üçün mövcuddur". Ona görə də bütün
fəaliyyətlərin təhsilə istiqamətlənməsi, onun humanist
prinsiplər əsasında qurulması əhəmiyyətli hesab edilir.
Natiq bildirdi ki, ulu öndərimiz Heydər Əliyev daim
müəllimə, müəllim hazırlığına yüksək qiymət verib,
müəllim adını ən yüksək ad hesab etmişdir. Bu gün
ümummilli liderin siyasi kursunu uğurla davam etdirən
möhtərəm Prezidentimiz İlham Əliyev təhsilin inkişafına
yüksək diqqət və qayğı göstərir.
T.Yusifova qeyd etdi ki, bu gün I kurs tələbələri üçün
xüsusilə əlamətdar bir gündür. Çünki sizin qarşınızda
yeni bir yol açılır. Arzu edirəm ki, gələcəyin layiqli
müəllimləri, vətənpərvər vətəndaşları olasınız. Bunun
üçün siz gərək ali təhsil dövründən səmərəli istifadə
edəsiniz.
Filialın yeni tədris ili tamamilə yeni məzmunda
başlayır. Belə ki, maddi-texniki baza gücləndirilmiş,
auditoriyalar yenidən qurulmuş, ən vacibi isə filialın
binası istilik sistemi ilə təchiz edilir. Tədrisin
keyfiyyətinin yüksəldilməsi üçün yeni tədbirlər planı
işlənib hazırlanmışdır.
Tədbirin acılışından sonra Dövlət himn səsləndirildi.
Sonra tədbirdə I kurs tələbələrinin valideynlərindən
Cəfər Hümbətov və Nizami İsmayılov cıxış edərək
övladlarını və onlarla birgə bu ada layiq görülən
tələbələri təbrik etdilər, ən xoş arzularını
bildirdilər.
Filialın Tələbə Gənclər Təşkilatının sədr müavini Xaliq
Tapdıqzadə, riyaziyyat və informatika ixtisasının
məzunu Aygün Məmmədova, yeni tələbə adını qazanmış
Ağapaşa İsmayılov və Vəfa Hüseynova da çıxış edərək öz
sevinclərini tədbir iştirakçıları ilə bölüşdülər. |