Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

21 Sentyabr 2012 - №37

 

Prezident İlham Əliyev paytaxtın Bülbülə qəsəbəsində yeni inşa olunmuş 327 nömrəli tam orta məktəbin açılışında iştirak edib

 

Sentyabrın 14-də Prezident İlham Əliyev paytaxtın Suraxanı rayonunun Bülbülə qəsəbəsində yeni inşa olunmuş 327 nömrəli tam orta məktəbin açılışında iştirak etmişdir.

Prezident İlham Əliyev 2011-ci ilin aprelində Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafı istiqamətində görülən işlərlə tanışlıq məqsədilə Bülbülədə olarkən keçirdiyi görüş zamanı qəsəbə sakinləri burada yeni məktəbə ehtiyac olduğunu bildirmişdilər.

Dövlətimizin başçısı elə həmin gün Bülbülə qəsəbəsində 640 şagird yerlik ümumtəhsil məktəbinin binasının tikintisinə başlamaq haqqında sərəncam imzalamışdı. Sərəncama uyğun olaraq dövlət büdcəsində Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına yeni məktəb binasının inşasına başlanıldı. Prezidentin tapşırığına uyğun olaraq 327 nömrəli tam orta məktəbin yeni binası qısa vaxt ərzində yüksək standartlara uyğun tikildi.

Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, üç korpusdan ibarət binanın ümumi sahəsi 7 min 455 kvadratmetrdir. Məktəbin birinci mərtəbəsində ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur. İkinci mərtəbədə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətini əks etdirən fotostendlər qurulmuşdur.

Diqqətə çatdırıldı ki, məktəbdə 32 sinif otağı, informatika, kimya, biologiya, fizika, ədəbiyyat, əmək və gənclərin çağırışaqədər hazırlığı fənn kabinetləri yaradılmışdır. Məktəb daxili simsiz İnternet xidməti ilə təmin olunmuşdur. MDB məkanında ilk dəfə olaraq bu məktəbdə "smart sinif" açılmışdır. Bu layihə çərçivəsində ilk dəfə olaraq elektron tədris üçün nəzərdə tutulmuş "smart sinif" otağı layihəsi tətbiq edilmişdir. "Smart sinif" otağında quraşdırılmış simsiz şəbəkə, rəqəmsal podium, interaktiv smart LCD, planşet kompüter və digər avadanlıqlar kompleks şəkildə interaktiv tədrisə imkan yaradır və bu prosesi gücləndirir. "Smart sinif" otağı layihəsinin tətbiq olunmasında əsas məqsəd Azərbaycanın təhsil sisteminin inkişafına və müasirləşdirilməsinə töhfə vermək, məktəb idarəetmə prosesində, həmçinin orta təhsil sistemində informasiya texnologiyalarından istifadəni tətbiq etmək və gücləndirməkdir. Məktəbdə valideyn-müəllim assosiasiyası, psixoloq kabineti, kitabxana, kütləvi tədbirlərin keçirilməsi üçün 250 nəfərlik akt zalı yaradılmışdır.

Bildirildi ki, burada 2 min 640 kvadratmetr sahəsi olan yaşıl örtüklü idman meydançası və idman avadanlığının qurulduğu gənclərin hərbi hazırlığı üçün meydança vardır.

Daha sonra Prezident İlham Əliyevə məktəbin yerləşdiyi ərazidə aparılan abadlıq işləri barədə məlumat verildi.   

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov