Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və xanımı
Mehriban Əliyeva sentyabrın 14-də Bakının Nizami
rayonundakı 242 nömrəli orta məktəbin əsaslı təmir və
yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış
olmuşlar.
Görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat
verildi. Bildirildi ki, 960 şagird yerlik məktəbin
binası 1968-ci ildən fəaliyyət göstərir. O vaxtdan
indiyədək bu təhsil ocağında təmir işləri
aparılmamışdır. Məktəbin əsaslı surətdə yenidən
qurulmasına 2012-ci ildə Dövlət Proqramına uyğun olaraq
başlanılmışdır.
Diqqətə çatdırıldı ki, burada sinif otaqları müasir
standartlara uyğun şəkildə təmir edilmişdir. İnventarlar
yeniləri ilə əvəz olunmuş, fənn kabinetləri lazımi
avadanlıq və əyani vəsaitlərlə təchiz edilmişdir.
Məktəbin istilik sistemi müasir qaydada yenidən
qurulmuş, fasiləsiz isti və soyuq su ilə təmin
olunmuşdur. Əsaslı təmir zamanı işıqlandırma sistemi də
müasirləşdirilmişdir. İdman və akt zallarında,
yeməkxanada, tibb məntəqəsində də ən müasir şərait
yaradılmışdır.
Qeyd edildi ki, təhsil ocağının yerləşdiyi 1,7 hektar
ərazidə abadlıq və quruculuq işləri həyata keçirilmiş,
1,2 min kvadratmetr sahəyə asfalt salınmışdır.
Görülən işlərdən razılığını bildirən dövlətimizin
başçısı məktəbdə təhsilin yüksək səviyyədə aparılması
barədə tapşırıq və tövsiyələrini verdi.
AzərTAc |