Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

14 Sentyabr 2012 - №36

 

Yeni fənn kurikulumlarının tətbiqi mövzusunda müəllimlər üçün təlim kursu başa çatdı

 

Yeni dərs ilinin səciyyəvi xüsusiyyətlərindən biri də cari ildən respublikanın ümumi təhsil müəssisələrinin V siniflərində də təhsilin Milli Kurikuluma əsasən təşkil olunmasıdır. Təhsil naziri Misir Mərdanovun müvafiq əmrinə əsasən ümumi orta təhsil səviyyəsi üzrə fənn kurikulumlarının tətbiqi ilə əlaqədar 2012/2013-cü tədris ilində V siniflərdə dərs deyəcək müəllimlərin siyahısı müvafiq təhsil qurumları tərəfindən Kurikulum Mərkəzinə təqdim edilmiş, treninqlərin keçiriləcəyi baza müəssisələri müəyyənləşdirilmişdir. Bu ilin iyul-sentyabr aylarında Bakı şəhəri  üzrə 5 min müəllimin kurikulum təlimlərində iştirakı təmin edilmişdir.

 "İnkişaf" Elmi Mərkəzi tərəfindən Təhsil Nazirliyi və Dünya Bankının dəstəyi ilə təşkil olunan təlimlərdə mən də iştirak edirdim. Avqustun 27-dən sentyabrın 9-dək V sinif şagirdlərinə dərs deyəcək müəllimlərin təlimi layihəsinin II mərhələsi Xəzər rayonundakı 181 nömrəli məktəbdə həyata keçirildi.

İştirakçısı olduğum treninqin məqsədi yeni fənn kurikulumlarının səmərəli tətbiqini təmin etmək idi. Burada Bakının müxtəlif məktəblərindən gəlmiş 31 müdavim iştirak edirdi. Təlimi Kurikulum Mərkəzinin  əməkdaşı Xuraman Qaraisayeva aparırdı. Dərslər kurikuluma əsasən keçilir, fəal (interaktiv) təlim üsulları ilə - təqdimat, kiçik və böyük qruplarla iş və  müzakirələr aparılır, dərsin aparılmasının  videoyazısı nümayiş etdirilirdi. Təlim  çox maraqlı, diskussiya şəklində keçirilirdi. Hər bir təlim otağının zəruri texniki vasitələrlə-kompüter, noutbuk və  proyektorla təchiz olunması dərsləri daha dolğun və əyani şəkildə mənimsəməyimizə kömək edirdi.

Qeyd edim ki, dərslərin belə maraqlı, canlı və yaddaqalan keçməsində təlimçi Xuraman müəllimin xüsusi əməyi vardır. O, öz tələbkarlığı və səmimiliyi ilə ilk gündən biz müəllimlərin sevgisini qazandı. X.Qaraisayeva biliklərini böyük səy və bacarıqla, səbrlə bizlərə öyrədir və müəllimlərlə işləməkdən böyük zövq aldığını bildirirdi. Yeni tədris metodu ilə bağlı verdiyimiz sualları isə dönə-dönə ətraflı şəkildə izah edirdi.

Təlimin doqquzuncu günündə müəllimlər müxtəlif mövzularda "açıq dərs"lərin icmalını disk formasında yazıb təqdimat keçirdilər. Sonuncu gün isə müdavimlər 15 sualdan ibarət test sorğusunda iştirak edib kurs müddətində öyrəndiklərini nümayiş etdirdilər. Hər kəs yığdığı bala uyğun I və ya II dərəcəli sertifikat aldı.

İnanırıq ki, kurikulum islahatları qarşıdan gələn illərdə də davamlı şəkildə məzmun və mahiyyət etibarilə inkişaf edərək məktəblərdə daha geniş tətbiq olunacaqdır. Bunu bizdən zaman tələb edir. 

Samirə DADAŞOVA,
C.Nurməmmədov adına 108 nömrəli tam orta məktəbin dil-ədəbiyyat müəllimi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov