Qonaqları
salamlayan nazir Azərbaycanla Türkiyə arasındakı
münasibətlərdən, qarşılıqlı əlaqələrin inkişafından
söhbət açıb. Nazir Anadolu Universitetinin böyük və
nüfuzlu ali təhsil müəssisəsi kimi tanındığını nəzərə
çatdırıb. Anadolu Universitetində azərbaycanlı
pedaqoqların çalışdığını qeyd edən Misir Mərdanov,
həmçinin bu ali məktəbdə azərbaycanlı gənclərin təhsil
aldığını söyləyib.
Anadolu Universitetinin rektoru Davut Aydın görüşdən
məmnunluğunu ifadə edib, ikitərəfli təhsil əlaqələrinin
daha da inkişaf etdirilməsində maraqlı olduqlarını
bildirib. Qonaq rəhbəri olduğu təhsil ocağı haqqında
ətraflı məlumat verərək Anadolu Universitetinin geniş
distant təhsil şəbəkəsinə malik olduğunu önə çəkib.
Anadolu Universitetində tələbə sayının 2 milyon nəfərə
yüksəldiyini vurğulayan D.Aydın bu göstəriciyə görə,
dünyanın üçüncü ali məktəbi statusu qazandıqlarını
nəzərə çatdırıb. Azərbaycanda bir sıra ali məktəb
rəhbərləri ilə keçirdiyi görüşlərə toxunan rektor
qarşılıqlı əməkdaşlığın inkişafına olan marağı yüksək
dəyərləndirib.
Görüşdə universitetlərarası əməkdaşlığın yaradılması,
distant təhsil təcrübəsi və digər bu kimi məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.
Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və
səlahiyyətli səfiri Hulusi Kılıç görüşdə iştirak edib.
|