Sentyabrın 26-dan 30-dək Bakıda Diplomatik Akademiya və
Beynəlxalq Münasibətlər İnstitutlarının 40-cı Dünya
Forumu keçiriləcəkdir.
Azərbaycan Diplomatik Akademiyasından (ADA) AzərTAc-a
bildirmişlər ki, ADA-nın yeni kompleksində keçiriləcək
tədbirdə dünyanın 70 ölkəsindən 90-dan artıq rektor və
dekan iştirak edəcəkdir. Forumda diplomatik təlim,
qlobal siyasi məsələlər və onların müasir təhsilə təsiri
müzakirə olunacaqdır. Bundan əlavə, enerji və kiçik
ölkələrin diplomatiyası, qlobal siyasi dəyişikliklər,
regional təşkilatların inkişafı və digər məsələlər ilə
bağlı fikir mübadiləsi aparılacaqdır.
Xarici qonaqlar Bakı, Şəki və Qəbələ, o cümlədən
Azərbaycanın tarixi və ənənələri ilə yaxından tanış
olacaqlar. |