Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

14 Sentyabr 2012 - №36

 

"Elektron məktəb" layihəsinə cəlb olunan təhsil müəssisələrinin sayı 40-a çatıb

 

 2011-2012-ci tədris ilində elektron təhsil texnologiyalarının tətbiqinin genişləndirilməsi və İKT infrastrukturunun inkişaf etdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər çərçivəsində "Elektron məktəb" layihəsinə cəlb olunan təhsil müəssisələrinin sayı 40-a çatdırılıb.

"Bir şagird - bir kompüter" layihəsi çərçivəsində 2000 nəfər şagirdə netbuk verilib.

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Distant Təhsil Mərkəzi yaradılıb və müəllim, şagird və valideynlərin təhsil prosesinə cəlb olunması üçün www.mesafedenmekteb.edu.az təhsil portalı istifadəyə verilib. Daha 500 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə (İntranet və İnternet) qoşulub. Bununla da Azərbaycan Təhsil Şəbəkəsinə (İntranet və İnternet) qoşulmuş məktəblərin sayı 1200-ə çatdırılıb.

1300 nəfər pedaqoji işçi İKT-nin tədrisdə tətbiqi sahəsində təlimlərdən keçirilib. Bununla da "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində təlimlərdən keçən pedaqoji işçilərin ümumi sayı 76980 nəfərə (52 faiz) çatdırılıb.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov