Bu il ümumi təhsil məktəblərinin I sinfinə təxminən
130454 şagird gedəcək
2012-2013-cü
tədris ilində ölkəmizin ümumi təhsil məktəblərinin I
sinfinə 130454 şagirdin qəbul
olunacağı proqnozlaşdırılır.
2011-2012-ci dərs ilində I sinif şagirdlərinin sayı
125408 nəfər olub. Bu göstərici 2010-2011-ci tədris
ilində isə 120032 nəfər təşkil edib.
Yeni tədris ilində Bakı şəhərindəki ümumi təhsil
məktəblərinin I sinfinə 36102 şagirdin qəbulu
gözlənilir. Ötən tədris ilində bu göstərici 35509 nəfər
olub.
Məlumat üçün bildiririk ki, təhsil nazirinin əmri ilə
təsdiq olunmuş müvafiq qaydalara əsasən, ümumi təhsil
məktəblərinə, bir qayda olaraq, hər il sentyabrın 15-dək
6 yaşı tamam olmuş əqli və fizioloji cəhətdən sağlam
uşaqlar qəbul edilirlər. İstisna hallarda oktyabrın
sonunadək 6 yaşı tamam olacaq istedadlı uşaqlar da
məktəbdə yaradılmış komissiyanın rəyi əsasında vaxtından
əvvəl I sinfə qəbul edilə bilərlər. Noyabrda 6 yaşı
tamam olacaq xüsusi istedadı ilə fərqlənən uşaqların
vaxtından əvvəl I sinfə qəbulu məsələsinə isə avqustun
əvvəlindən sentyabrın 10-dək Təhsil Nazirliyində
yaradılmış komissiya tərəfindən baxılıb müvafiq qərar
verilir. |