Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

14 Sentyabr 2012 - №36

 

Zaqatalada Bəhmətli kənd tam orta məktəbi binasının təməli qoyulub

 

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 9-da Zaqatala rayonunun Bəhmətli kəndində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa ediləcək şəhid Ələddin Cavadov adına tam orta məktəb üçün yeni binanın təməlqoyma mərasimində iştirak etmişdir.

Əvvəlcə dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Azərbaycan Prezidenti yeni məktəb binasının gələcək görüntülərini əks etdirən stendə və layihə sxeminə baxdı.

Bildirildi ki, mayın əvvəlində ölkəmizin şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində Zaqatalada Ələddin Cavadov adına Bəhmətli kənd orta məktəbi də qəzalı vəziyyətə düşmüşdür. Buna görə də kənddə yeni məktəb binasının tikintisi qərara alınmışdır. Onun yerində üç korpusdan ibarət, 600 şagird yerlik üçmərtəbəli müasir tam orta məktəb binası tikiləcəkdir.

Diqqətə çatdırıldı ki, məktəbdə tədris prosesinin yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılacaqdır. Təhsil ocağının cari ilin sonunda şagirdlərin ixtiyarına verilməsi nəzərdə tutulur.

Dövlətimizin başçısı məktəbin təməlini qoydu.

Prezident İlham Əliyev tikinti işlərinin yüksək keyfiyyətlə aparılması ilə bağlı tapşırıqlarını verdi.

Daha sonra dövlətimizin başçısı məktəbin pedaqoji kollektivi ilə söhbət etdi.

Məktəbin müəllimləri Azərbaycan Prezidentinə təşəkkür etdilər. 

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov