Quba istirahət mərkəzində təşkil olunan "Azərbaycan
doğma yurdumuzdur" adlı vətənpərvərlik yay-istirahət
düşərgəsində 6 mərhələli olmaqla aztəminatlı, şəhid və
qaçqın ailələrindən olan 14-18 yaşlı 450 gənc iştirak
edib. Bu tipli düşərgənin yaradılmasında əsas məqsəd
azərbaycançılıq məfkurəsinin təbliği və diyarşünaslığın
inkişaf etdirilməsi olub. İstirahət müddətində
gənclərin tarixi abidələrə ekskursiyaları təşkil
edilib, intellektual oyunlar, debatlar keçirilib,
azərbaycançılıq mövzusunda maraqlı mühazirələr
dinlənilib.
Qeyd edək ki, düşərgə Azərbaycan Respublikası
Prezidentinin sərəncamı ilə təsdiqlənən "Azərbaycan
gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramına əsasən
təşkil olunub. |