I
nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları
Uşaq-Gənclər Şahmat-Dama məktəbinin yetirməsi Çexiya
Respublikasının Praqa şəhərində 8-18 yaşlı idmançılar
arasında 15-27 avqust tarixlərində keçirilmiş Avropa
çempionatında yaxşı nəticə qazanmışdır. Məktəbin
direktoru Natiq Ələkbərovdan aldığımız məlumata görə,
şahmatçılardan 7 nəfəri Azərbaycan çempionatında II yeri
tutaraq Avropa çempionatına vəsiqə qazanmış, 8 nəfəri
isə respublika çempionatında I, III, IV, V yerləri tutan
şahmatçılardır. Şahmat məktəbinin yetirmələrindən 10
yaşlı oğlanlar arasında dəfələrlə dünya və Avropa
çempionu Abdulla Qədimbəyli IV, Məhəmməd Muradlı isə V
yerin sahibi olmuşdur. 12 yaşlı qızlar arasında
dəfələrlə Avropa və dünya çempionu Günay Məmmədzadə
III-V yeri tutmuşdur.
Hazırda Quba şəhərində Təhsil Nazirliyi və Şahmat
Federasiyasının təqvim planına əsasən 2013-cü ildə
məktəblilərin dünya və Avropa çempionatında iştirak
etmək üçün bütün yaş qrupları üzrə respublika turniri
keçirilir. Məktəbin 15 nəfər şahmatçısı yaş qrupları
üzrə turnirdə iştirak etmişdir. Onlardan 7 yaşlı
oğlanlar arasında Ümid Aslanov I, 8 yaşlı oğlanlar
arasında Vüqar Manafov I, 15 yaşlı qızlar arasında
Məğrurə İmanlı II, 17 yaşlı oğlanlar arasında Elxan
Bayramov II, 12 yaşlı qızlar arasında Leyla İbrahimli
III, 15 yaşlı qızlar arasında Fatimə Əhmədova III, 8
yaşlı oğlanlar arasında Fərid Mustafayev III, 17 yaşlı
qızlar arasında Xatun Bağırova III yerləri tutmuşlar. I
yeri tutan şahmatçılar məktəblilərin dünya çempionatına,
II yeri tutanlar isə məktəblilərin Avropa çempionatına
vəsiqə qazanmışlar.
Rəşad ZİYADOV |