Azərbaycan
Respublikası DİN Dövlət Yol Polisi Baş İdarəsinin
razılığı, Azərbaycan Respublikası Təhsil Nazirliyi,
Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin
dəstəyi, Dünya Azərbaycanlı Gənclər və Gənclərin
Həmrəyliyinə Dəstək İctimai Birliyinin təşkilatçılığı
ilə bu il sentyabrın 1-2 tarixlərində Şamaxı rayonunun
Avaxıl kəndində "Mototurizm" turu keçirilib. Turda 9
peşəkar, 11 həvəskar baykerlər və bu sahəyə marağı olan
5 şəxs iştirak edib. Müzakirə zamanı baykerlərə
motosikllərin mühərrik həcmləri, yol hərəkəti qaydaları,
sürücülərin hüquqları izah olunub. Eyni zamanda yaşanan
əsas problemlərdən biri olan maşınların yol hərəkəti
zamanı motosikl sürənlərin sıxışdırılması məsələsi
diqqətə çatdırılıb. Tur zamanı Mototreykin açılması,
Lökbatanda olan Motokrosun bərpası və motosikl idman
növünü inkişaf etdirmək üçün təkliflər irəli sürülüb.
Bundan başqa, tur zamanı baykerlər Şamaxı rayonunun
tarixi, mədəniyyəti, adət-ənənələri ilə də yaxından
tanış olublar.
Cəmilə ABDULLAYEVA,
Gənclərin Həmrəyliyinə Dəstək İctimai Birliyinin sədri
|