Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

7 Sentyabr 2012 - №35

 

İnformatika müəllimləri yeni dərsliklərlə "Facebook" şəbəkəsində tanış olur

 

Dərs ilinin başlanmasına bir həftə qalır. Artıq 1 və 5-ci siniflər üçün hazırlanmış dərsliklər yerlərə çatdırılır. Müasir informasiya texnologiyalarından səmərəli istifadə edilməsi dərslik komplektləri hələ çapa göndərilməmiş  pedaqoji ictimaiyyətin onlarla yaxından tanış olmaq imkanı yaratmışdır.  

Artıq 6 aydan çoxdur ki, "Facebook" sosial şəbəkəsində fəaliyyət göstərən "İnformatika müəllimləri" qrupunun 600 nəfərə yaxın üzvü var. Bu qrupda informatika fənninin ən aktual problemləri müzakirə olunur. Təcrübəli müəllimlər öz fikirlərini bölüşür, məsləhətlər verir və mühüm sayılan mövzuların onlayn müzakirələri təşkil edilir. İnformatika dərslərinin daha effektiv təşkili üçün www.informatik.az saytında çox böyük çeşiddə elektron resurslar yerləşdirilmişdir. Bu saytdakı metodik elektron vəsaitlərdən faydalı istifadə edilməsi və şagirdlərin informatika fənnini daha dərindən mənimsəmələri üçün informatika müəllimləri qrupunda çox maraqlı müzakirələr keçirilir. Bu qrup açıq olduğundan İT sahəsində mütəxəssislər də müzakirələrə qoşulur və  müəllimlərə texnologiyalardan istifadə ilə bağlı texniki tövsiyələr verilir.

Bu şəbəkənin ən üstün cəhətləri özünü yeni dərs ilinə hazırlıq mərhələsində də göstərir. "Bakı" nəşriyyatında Ramin Mahmudzadə, İsmayıl Sadıqov və Naidə İsayevanın müəllifliyi ilə hazırlanmış 1 və 5-ci siniflər üçün informatika dərslikləri "Facebook" şəbəkəsində yaradılmış "İnformatika müəllimləri" qrupunda artıq bir neçə həftədir ki, müzakirə olunur. Dərsliklərin PDF formatını sərbəst yükləmək imkanı olan müəllimlər bu kitabların çap variantlarını gözləmədən dərs başlayana kimi dərsliklərlə yaxından tanış olur, yeni mövzuların metodikası ilə bağlı fikirlərini bölüşürlər.

Builki informatika dərsliklərində müəllimlər üçün daha bir sürpriz vardır. Dərslik komplekti ilə yanaşı, şagird və müəllimlərə dünyada məşhur olan LOGO proqramlaşdırma mühiti  hədiyyə edilir.  ALPLogo adlanan bu proqram məhsulu nəşriyyat və müəllif qrupu tərəfindən Azərbaycan dilində ilk dəfə olaraq hazırlanmış və "İnformatika müəllimləri" qrupu ilə yanaşı www.informatik.az  saytından sərbəst yüklənir. Artıq bir çox müəllimlər bu dildə çox maraqlı proqramlar yazaraq "Facebook" şəbəkəsində müzakirəyə çıxarmışlar.

Arzu edən hər bir müəllim "İnformatika müəllimləri" qrupuna qoşula və müzakirələrdə iştirak edə bilər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov