Bakıdakı 39 nömrəli tam orta məktəbdə yeni dərs ilində
təlim-tərbiyə işinin daha yaxşı qurulması üçün xeyli iş
görülüb. Bununla əlaqədar məktəbin direktoru Tahirə
Əzimova bildirdi ki, dərslərin başlanmasına az vaxt
qalsa da, şagirdlərin yaxşı oxumaları və müəllimlərin
rahat işləmələri üçün təhsil müəssisəsində lazımi
şərait yaradılıb. Artıq müəllimlər arasında dərs bölgüsü
aparılıb, məktəbdaxili və məktəbdənkənar görülən işlər
planlaşdırılıb.
Direktor onu da əlavə etdi ki, bu gün dərslik təminatı
sahəsində heç bir problemimiz yoxdur. Pedaqoji
kollektivin İKT sahəsindəki fəaliyyəti getdikcə
genişlənir və müəllimlərin dərslərini fənn
kabinetlərində, kompüter otaqlarında keçmələri üçün
tam şərait vardır.
Pedaqoji şuranın qərarı ilə ötən dərs ilində olduğu
kimi, yeni dərs ilində də həftənin VI günü məktəbdə
"Açıq qapı" günü elan ediləcək. Həmin gün valideynlər
öz uşaqlarının təlim-tərbiyəsi ilə yaxından
maraqlanacaq, istədikləri müəllimlərin dərslərində və
məktəbin ümumi işinin planlaşdırılmasında fəal iştirak
edəcəklər.
Ə.DAŞDƏMİRLİ,
Y.ƏLİYEV,
Ş.CƏFƏROV |