2012-2013-cü dərs ilində V siniflərdə fənlər üzrə yeni
təhsil proqramlarının (kurikulumların) tətbiqi ilə
əlaqədar müəllimlərin peşəkarlığının artırılması,
onların yeni pedaqoji innovasiyaların tətbiq olunması
sahəsində lazımi biliklərə yiyələnməsi üçün xüsusi
kurslardan keçməsi və sertifikat alması zəruri
olmuşdur.
Bu günlərdə Neftçala RTŞ-ın müdiri Əjdər Kərimovdan
aldığımız məlumatda bildirilir ki, rayonda 2012-2013-cü
dərs ilində beşinci siniflərdə dərs deyəcək müəllimlərin
yeni fənn kurikulumları üzrə təlim kursları iyunun
25-dən başlamışdır. Kurslar əsaslı təmir olunmuş şəhər 1
nömrəli tam orta məktəbdə keçirilir. Məşğələlər
keçirilən otaqlar kompüter, noutbuk, proyektor və digər
lazımi avadanlıqlarla təmin edilib.
Artıq Azərbaycan dili və ədəbiyyat, Azərbaycan tarixi,
həyat bilgisi, xarici dil, texnologiya, informatika,
təsviri incəsənət, musiqi və fiziki hazırlıq
müəllimlərinin təlim kursları başa çatmışdır. 400 nəfər
müəllim kurslardan keçərək müxtəlif dərəcəli
sertifikatlar almışdır. Hazırda riyaziyyat fənni üzrə
təlim kursları davam edir. Sentyabrın 16-da başa çatacaq
təlim kurslarında ümumilikdə 425 nəfər fənn müəllimi
iştirak edərək sertifikat alacaqdır. |