Son
illər "Azərbaycan Respublikası regionlarının
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı"na uyğun olaraq respublikamızın hər bir
guşəsində olduğu kimi Şəmkir rayonunda da yeni məktəb
binalarının tikintisi sürətlə davam edir.
Bu günlərdə Şəmkir Rayon Təhsil Şöbəsinin müdiri
M.Şıxlinskidən aldığımız məlumatda bildirilir ki, yeni
dərs ilində Abbaslı kənd 1 nömrəli tam orta məktəbi üçün
480 şagird yerlik, Düyərli kənd 2 nömrəli tam orta
məktəbi üçün 480 şagird yerlik, Seyidlər kənd tam orta
məktəbi üçün isə 180 şagird yerlik yeni məktəb binaları
istifadəyə veriləcək.
Hazırda rayonun Sabirkənd tam orta məktəbi üçün 960
şagird yerlik, Q.İsmayılov adına kənd tam orta məktəbi
üçün 360 şagird yerlik, Zəyəm qəsəbə tam orta məktəbi
üçün 480 şagird yerlik, Seyfəli kənd tam orta məktəbi
üçün 360 şagird yerlik, Qaralar kənd tam orta məktəbi
üçün 180 şagird yerlik və Ceyrançöl kənd tam orta
məktəbi üçün 80 şagird yerlik yeni məktəb binalarında
tikinti işləri sürətlə aparılır. Bu məktəb binalarının
növbəti dərs ilində istifadəyə verilməsi nəzərdə
tutulub. |