Qax rayonunda yeniyetmə və gənclər üçün "Azərbaycan
doğma diyarımdır" adlı növbəti vətənpərvərlik təmayüllü
yay istirahət düşərgəsi təşkil edilmişdir. Rayonun İlisu
kəndində yerləşən "Ulu" istirahət mərkəzində təşkil
olunan düşərgədə Qax da daxil olmaqla respublikamızın
müxtəlif bölgələrindən 60 yeniyetmə və gənc istirahət
edir.
Yay istirahəti dövründə yeniyetmələrə Azərbaycanın
tarixi və coğrafiyası haqqında geniş məlumatlar
verilməklə yanaşı, onlar üçün rayonun tarixi
abidələrinə, görməli yerlərinə ekskursiyalar təşkil
edilir. Bundan başqa, yeniyetmə və gənclərin asudə
vaxtlarının daha səmərəli və maraqlı keçməsi məqsədi
ilə düşərgədə vətənpərvərlik mövzusunda inşa yazı,
şeir, mahnı müsabiqələri təşkil olunur, dama, nərd,
şahmat, voleybol, futbol və digər idman növləri üzrə
yarışlar da keçirilir. Qeyd edək ki, avqustun 8-dən
başlayan yay istirahət düşərgəsi bu ayın sonunda başa
çatacaq.
Samirə HÜSEYNQIZI |