Hər
il yay nömrələrində balalarımızın oxu tələbatını ödəmək
üçün dünya xalqlarının nağıllarını çap eləyən "Göyərçin"
bu il də öz ənənələrinə sadiq qalıb. Jurnalın
"Göyərçin"in kitabxanası seriyasından nəşr elədiyi
"Qurbağa libaslı gözəl" və "Xoşbəxt günlər yolçusu" adlı
kitablarda dünya xalqlarının bir-birindən maraqlı
nağılları toplanılıb. Bu nağılları dilimizə jurnalın baş
redaktoru, şair, ədəbiyyatşünas Rafiq Yusifoğlu tərcümə
edib. Rəssamlardan Vəfa, Mətanət, Afər, Leyla, Aytən,
Kübra və Nərminin çəkdikləri şəkillər bədii mətnlərin
daha dərindən mənimsənilməsinə yardımçı olur.
Adıçəkilən kitablarda toplanan nağılların tərbiyəvi
əhəmiyyəti böyükdür. Ümid edirik ki, uşaqlar müxtəlif
məzmunlu bu nağılları oxuyanda sehrli bir dünyaya qədəm
qoyacaqlar. "Göyərçin"in nağıl sovqatı balaca
məktəblilərin çox xoşuna gələcək, onların oxu
vərdişlərinin inkişafına yardımçı olacaqdır.
Günel ALMAZ |