Məktəbəqədər tərbiyə müəssisələrinin maddi-texniki
bazasını möhkəmləndirmək istiqamətində Qusarda müəyyən
işlər görülür.
Rayon icra hakimiyyətindən AzərTAc-a bildirmişlər ki,
rayonda 13 uşaq bağçası fəaliyyət göstərir. Məktəbəqədər
müəssisələrdə 680 uşaq bağça təlimindən yararlanmaq
imkanına malikdir. Odur ki, yeni uşaq bağçalarının
tikintisi, mövcud bağçaların əsaslı təmiri zərurəti
meydana çıxmışdır. Artıq bu zərurətin təmin edilməsi
üçün işlərə başlanılmışdır.
Hazırda şəhər 3 nömrəli uşaq bağçası əsaslı təmir
olunur. Binanın dam örtüyü yenilənmiş, müasir istilik
sistemləri quraşdırılmışdır. Binada son tamamlama işləri
aparılır. Tezliklə balacaları öz ağuşuna alacaq 60
yerlik bağça yeni inventar və lazımi avadanlıqla təchiz
ediləcəkdir. |