| 
						
						 May ayından start verilən  IV Beynəlxalq  uşaq muğam 
						festivalının  ilk dinləmələri  Azərbaycan Milli 
						Konservatoriyasında  keçirilib. Peşəkar münsiflər 
						heyətinin qarşısında  Qarabağ və Gəncə regionlarından  
						seçilmiş istedadlı uşaqlar  çıxış ediblər. Dörd ifaçı 
						dinləmələrdən sonra  final mərhələsinə vəsiqə qazanıb. 
						Növbəti seçim turu  Bakı, Sumqayıt şəhərlərində  və 
						Abşeron rayonunda  sentyabrda  təşkil olunacaq. 
						Oktyabrda  Beynəlxalq Muğam Mərkəzində keçiriləcək final 
						mərhələsində  16 yaşadək uşaqlar  öz istedadlarını  
						nümayiş etdirəcəklər. Qeyd edək ki,   festivalı  Gənclər 
						və İdman, Mədəniyyət və Turizm  nazirliklərinin 
						dəstəyi,  "Paşa  Bank"ın  sponsorluğu ilə "Kainat" 
						Gənclik Mərkəzi təşkil edib. 
						
						Festivalın münsiflər heyətinin sədri  xalq artisti, 
						professor Ağasəlim Abdullayevdir.  
						
						Sifai SƏFƏROVA |