| 
						
						 Avqustun 
						29-da Masallı Olimpiya İdman Kompleksində "Live Your 
						Goals" ("Öz Məqsədini Yaşat") devizi ilə qadın futbolu 
						festivalı keçirilmişdir. 
						
						AzərTAc xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları 
						Assosiasiyasının, Gənclər və İdman Nazirliyinin 
						təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən Masallı 
						Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov 
						bildirmişdir ki, hazırda dünyada 29 milyon qadın fəal 
						şəkildə futbol oyunlarında iştirak edir.   Qadın futbolu 
						festivalında çıxış edənlər bildirmişlər ki, yaşına, 
						dininə, əqidəsinə, irqi mənsubiyyətinə və ictimai 
						baxışına fərq qoymadan dünyada getdikcə daha çox qadın 
						futbol oynamağa başlayır. İdmanla məşğul olan qızlar 
						özlərini daha sərbəst və güclü hiss edirlər. 
						
						Festivalda müxtəlif viktorinalar təşkil edilmiş, 
						futbolçu qızların bir qrupuna hədiyyələr təqdim 
						olunmuşdur. 
						
						Tədbirin sonunda futbolçu qızlar qruplara bölünərək məşq 
						etmişlər. |