| 
						
						 XXX 
						Yay Olimpiya oyunlarının başa çatmasından iki həftə 
						sonra London yenidən idmançıları qəbul etmişdir. 
						
						 AzərTAc xəbər verir ki, avqustun 29-da Böyük 
						Britaniyada XIV Paralimpiya Oyunlarının təntənəli 
						açılışı olmuşdur. Londona 166 ölkənin idmançıları 
						gəlmişlər. Budəfəki iştirakçı ölkələrin sayı dörd il 
						əvvəlki Pekin Paralimpiadası ilə müqayisədə 20 ölkə 
						çoxdur. 
						
						 Açılış mərasimində milli komandamızın bayraqdarı ikiqat 
						Paralimpiya çempionu, cüdoçu İlham Zəkiyev olmuşdur.
						 
						
						 Paralimpiya oyunları ilk dəfə 1948-ci ildə Böyük 
						Britaniyanın Stok-Mandevil şəhərində keçirilmişdir. 
						Tədbir İkinci Dünya müharibəsi veteranlarının 
						əhvali-ruhiyyəsini yüksəltmək üçün təşkil edilmişdir. 
						
						 2012-ci il Paralimpiya oyunlarında Azərbaycanı 21 
						idmançı - Hüseyn Həsənov, Oleq Panyutin, Vladimir 
						Zayets, Uluxan Musayev, Elçin Muradov, Rza Osmanov, 
						Mədinət Abdullayeva, Samir Nabirov (yüngül atletika), 
						Yelena Taranova, Əkbər Muradov (güllə atıcılığı), Zinyət 
						Vəliyeva (kamandan oxatma), Ramin İbrahimov, Bayram 
						Mustafayev, Rövşən Səfərov, Tofiq Məmmədov, Kərim 
						Sərdarov, İlham Zəkiyev, Afaq Sultanova (cüdo), Natalya 
						Pronina (üzgüçülük), Elşən Hüseynov, Məhərrəm Əliyev 
						(pauerliftinq) təmsil edirlər. |