| 
						
						 Azərbaycan 
						təhsili uğurlu islahat dövrünü yaşayır. Kurikulum 
						islahatı bu uğurun ən başlıca amillərindən biridir. 
						Artıq bir neçə ildir ki, ibtidai siniflərdə təhsil 
						islahatı önəmli şəkildə həyata keçirilir. İndi isə 
						2012-2013-cü tədris ilində V siniflərdə kurikulum 
						islahatının davam mərhələsi başlayır. 
						
						Bu günlərdə Qazax Rayon Təhsil Şöbəsinin metodisti  Əli 
						Süleymanovdan aldığımız məlumatda bildirilir ki, V 
						siniflərdə dərs deyəcək müəllimlərin  kurikulum islahatı 
						ilə bağlı nəzəri və praktik hazırlığını təmin etmək 
						üçün  rayonumuzda iyun, iyul və avqust aylarında 
						Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, xarici dil, 
						Azərbaycan tarixi, fiziki tərbiyə, həyat bilgisi, 
						təsviri incəsənət, texnologiya, musiqi və informatika 
						fənləri üzrə təlim kursları təşkil olunmuşdur. Həmin 
						kursların səmərəli keçməsi üçün 4 təlim mərkəzi 
						yaradılmışdır. Şəhər 2, 5 nömrəli, məktəb-lisey və 
						Ağköynək kənd tam orta məktəblərində aparılmış təlim 
						kurslarında 18 qrupda 407 müəllim iştirak etmişdir. 
						
						Kurslar "Mədəd-Azərbaycan" təşkilatı, Xəzər 
						Universiteti, "İdrak" məktəb-lisey və Təlim İnkişaf 
						Mərkəzinin əməkdaşları tərəfindən yüksək səviyyədə 
						aparılmışdır. Hər bir qrupa "Öyrədənlərin  öyrədilməsi" 
						kursunu bitirib sertifikat almış təlimçilər rəhbərlik 
						etmişlər. 
						
						Kursların səmərəli keçirilməsi üçün təlim mərkəzləri 
						texniki avadanlıqlarla  təchiz edilmişdir. 
						
						Təlim kurslarında müəllimləri maarifləndirmək məqsədi 
						ilə fənn kurikulumlarının strukturu və məzmunu, müasir 
						kurikulumlar və yeni təlim strategiyaları, təlimin 
						planlaşdırılması, yeni qiymətləndirmə mexanizmlərinin 
						tətbiqi, yeni dərsliklərlə işin xüsusiyyətləri və 
						nümunəvi dərs məşğələlərinin təşkili ilə əlaqədar mühüm 
						məsələlər müəllimlərə çatdırılmışdır. 
						
						Fənlər üzrə təlimin təşkilinə dair  praktik işlər 
						aparılmış, bəzi qabaqcıl müəllimlərin nümunəvi dərsləri 
						təşkil olunmuşdur. Təlimçi müəllimlərdən Könül 
						Mirzəyeva, Arifə Rəsulova, Adil Rzayev, Vəfa Qasımova, 
						Aidə Əfəndiyeva, Rəhim Mustafayev, Aygün Həmzəyeva təlim 
						məşğələlərini daha maraqlı və məzmunlu təşkil etmişlər. 
						
						Kursun son günü müəllimlərin aldıqları nəzəri və praktik 
						biliklər test-sorğu materialları əsasında 
						yoxlanılmışdır. 407 müəllimin hamısı sertifikat 
						almışdır. 
						
						Müəllimlər kurs məşğələlərinin maraqlı və məzmunlu 
						təşkilindən razı qaldıqlarını bildirmişlər. Qazax Rayon 
						Təhsil Şöbəsinin işçiləri kursun gedişinə mütəmadi 
						olaraq nəzarət etmişlər.  
						
						
						ƏDALƏT |