Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

31 Avqsut 2012 - №34

 

Naxçıvan Dövlət Universiteti yeni beynəlxalq layihələrdə iştirak edəcək

 

Avstriyanın "Gain&sustain" ("Əldə etmək və saxlamaq") təşkilatının rəhbəri xanım Martina M.Linzer və təmsilçiləri xanım Sabrina Sifrer, Vyana Universitetinin müəllimi Xose Antonio Torres Naxçıvan Dövlət Universitetində olmuşlar.

Rektor, akademik İsa Həbibbəyli qonaqları salamlayaraq Azərbaycanın ən qədim ərazisi olan, sivilizasiyanın beşiyi sayılan Naxçıvan, 45 illik tarixi inkişaf yolu keçmiş Naxçıvan Dövlət Universiteti haqqında ətraflı məlumat vermişdir. Avstriya ilə Azərbaycan arasında iqtisadi, siyasi və mədəni əlaqələrin möhkəmlənməsindən, 2012-ci ilin may ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun Avstriyanın Ştiriya Federal Əyalətinə işgüzar səfərinin regionlararası əməkdaşlığın inkişafı baxımından əhəmiyyətindən danışılmışdır. Qeyd olunmuşdur ki, 2010-cu ildə Naxçıvan Dövlət Universiteti ilə Qrats Karl Frantsenes Universiteti arasında imzalanmış əməkdaşlıq memorandumu ali məktəblərin gələcək ikitərəfli əlaqələrinə geniş imkanlar açacaq.

Xanım Martina M.Linzer səmimi qarşılanma üçün universitet rəhbərliyinə minnətdarlığını bildirmiş, təmsil etdiyi təşkilat haqqında məlumat vermişdir. Bildirilmişdir ki, 2009-cu ildə Avstriyada yaradılan "Gain&sustain" təşkilatı gənclərin Avropa, eləcə də dünya ölkələrinin sosial-iqtisadi, ekoloji, mədəni inkişafında birgə iştirakını təmin etmək məqsədi daşıyır. Məlumat verilmişdir ki, Avropa Birliyi tərəfindən maliyyələşdirilən təşkilat Avropada və Qafqazda müxtəlif sahələr üzrə uğurlu layihələr həyata keçirir. Naxçıvan Dövlət Universitetinin timsalında Azərbaycanın da bu layihələrdə uğurla təmsil olunması mühüm əhəmiyyət kəsb edir.

Üçgünlük səfər çərçivəsində keçirilən görüşlərdə universitetin iştirakı nəzərdə tutulan dörd layihənın təqdimat mərasimi keçirilmişdir. Layihələrdən ölkələrarası siyasi münasibətlərin inkişafına xidmət edəcək "Qafqaz və Avropa Birliyi təhlükəsizliyi və media əlaqələri", qış turizmi və bələdiyyə istiqamətini əhatə edəcək "Gənclər fəaliyyətdə", tələbə mübadiləsi, sosial sahibkarlıq və innovasiyaların inkişafı ilə bağlı "Sosial sahibkarlıq və birgə iş", "Çərçivə" proqramı çərçivəsində enerjinin səmərəliliyinə, memarlığın inkişafına yönəldilən "Cəmiyyətdə elm" adlı layihələr maraq doğurmuşdur. Layihələrlə bağlı təşkilati məsələlər müzakirə olunmuş, məsul şəxslər və işçi heyət müəyyənləşdirilmişdir. Tərəflər qarşılıqlı əlaqələrin geniş imkanlara malik olduğunu vurğulamışlar.  

Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov