| 
						
						 Azərbaycanla 
						Özbəkistan arasında yüksək səviyyəli ikitərəfli 
						əlaqələrin mövcud olduğunu bildirən Misir Mərdanov 
						təhsil sahəsində qarşılıqlı  əməkdaşlığın daha da 
						inkişaf etdirilməsinin əhəmiyyətinə toxunub. Nazir 
						mövcud əlaqələrin genişləndirilməsi üçün hərtərəfli 
						imkanların olduğunu vurğulayıb. 
						
						Özbəkistanın qarşılıqlı münasibətləri daha da inkişaf 
						etdirməkdə maraqlı olduğunu söyləyən səfir ölkəsinin 
						Azərbaycanla hərtərəfli əlaqələr qurmağa xüsusi önəm 
						verdiyini nəzərə çatdırıb. Şerzod Fayziyev Özbəkistanla 
						Azərbaycan arasında elm, təhsil və bir sıra digər 
						sahələrdə əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətinə 
						diqqət çəkib. 
						
						Ortaq dəyərləri paylaşan ölkələrimizin münasibətlərinin 
						bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə 
						inandığını bildirən nazir təhsil sahəsində əlaqələrin 
						daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib. 
						
						Görüşdə iki ölkə arasında təhsil sahəsindəki 
						əməkdaşlığın müxtəlif istiqamətləri müzakirə olunub, 
						qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər 
						ətrafında fikir mübadiləsi aparılıb. |