Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

31 Avqsut 2012 - №34

 

İstedadlı şagirdlər üçün xüsusi lisey siniflərində oxuyan VI-VII sinif şagirdlərinin qiymətləndirilməsi barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin 17.04.2006-cı il tarixli, 1414 nömrəli sərəncamı ilə təsdiq olunmuş "Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı"ndan irəli gələn konseptual xarakterli göstərişlərini rəhbər tutaraq respublikanın şəhər və rayonlarında istedadı ilə fərqlənən, 2010/11-ci və 2011/12-ci dərs ilində xüsusi lisey siniflərinə qəbul olunmuş və hazırda VI və VII siniflərdə təhsil alan xüsusi istedada malik şagirdlərin qiymətləndirilməsini təmin etmək məqsədilə  

ƏMR EDİRƏM: 

1. Bölgələr üzrə müəyyən olunmuş şəhər və rayonların qeyd edilən təhsil müəssisələrinin xüsusi lisey siniflərində oxuyan xüsusi istedada malik VI və VII sinif şagirdlərinin qiymətləndirilməsi 28.09.2012-ci il tarixində aşağıdakı məktəblərdə keçirilsin:

- Gəncə şəhəri 27 nömrəli fizika-riyaziyyat və informatika təmayüllü lisey

- Sumqayıt şəhəri təbiət elmləri təmayüllü gimnaziya

- Mingəçevir şəhəri İ.Qayıbov adına 10 nömrəli tam orta məktəb

- Şirvan şəhəri S.Hüseynov adına 1 nömrəli tam orta məktəb

- Lənkəran şəhəri S.Kazımbəyov adına şəhər 6 nömrəli tam orta məktəb

- Şəki şəhəri 19 nömrəli tam orta məktəb

- Quba rayonu A.Məmmədov adına təbiət fənləri təmayüllü 2 nömrəli məktəb-lisey

- Ağdaş rayonu S.Vurğun adına şəhər 1 nömrəli tam orta məktəb

2. Xüsusi lisey siniflərində oxuyan xüsusi istedada malik VI və VII sinif şagirdlərinin qiymətləndirilməsini Monitorinq və qiymətləndirmə şöbəsi (T.Hacıyeva) həyata keçirsin.

3. Xüsusi lisey siniflərində oxuyan xüsusi istedada malik VI və VII sinif şagirdlərinin qiymətləndirilməsi Azərbaycan dili və riyaziyyat fənləri üzrə qiymətləndirmə vasitələri əsasında keçirilsin.

4. Gəncə şəhər Tİ, Sumqayıt, Mingəçevir, Şirvan şəhər və Lənkəran, Şəki, Quba, Ağdaş rayon təhsil şöbələrinə (Z.Hüseynov, V.Bağırov, N.Sultanov, P.Nəbiyev, Ş.Əhmədova, S.İsmayılova, S.Aslanov, L.Paşayev) tapşırılsın:

-  xüsusi lisey sinfində oxuyan xüsusi istedada malik VI və VII sinif şagirdlərinin 28.09.2012-ci il tarixində saat 14.00-da qiymətləndirmədə iştirakını təmin etsinlər.

5. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) qiymətləndirmə vasitələrinin çap olunması ilə bağlı smeta sənədlərinin hazırlanmasını təmin etsin.

6. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində və "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını həyata keçirsin.

7. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram. 

Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
9 avqust 2012-ci il

 
 
 
Səhifənin başına qalx "Qanunvericilik" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov